Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 16:12

Ashton Belarus prezidentini tənqid edib


Avropa Birliyi xarici siyasət idarəsinin rəhbəri Caterine Ashton Belarus prezidenti Aleksandr Lukaşenkonu müxalifətçilərə qarşı repressiyaları davam etdirdiyi üçün tənqid edib. Ashton bildirib ki, “Avropada siyasi məhbuslara yer yoxdur”.

Caterine Ashton dünən Brüsseldə Belarusun xarici işlər naziri Sergey Martınovla görüşüb.

Görüşdən sonra Ashton jurnalistlərə deyib ki, Belarusun xarici işlər nazirinə bütün siyasi məhbusların dərhal azad olunmasını bildirib.
XS
SM
MD
LG