Keçid linkləri

2024, 26 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 12:57

Goranboyda tapılan kurqanın öyrənilməsinə başlanıb


Arxiv foto
Arxiv foto
Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutu Goranboy rayonu ərazisində arxeoloji qazıntılar zamanı aşkar edilmiş tarixi yerlərdə tədqiqat işləri aparacaq.
Xəbəri Mədəniyyət və Turizm Nazirliyi yayıb.
Goranboy Rayon Mədəniyyət və Turizm Şöbəsindən verilən məlumata görə, yaxın günlərdə başlanacaq tədqiqat işləri Şadılı və Səfikürd ərazilərində həyata keçiriləcək.
Aparılan tədqiqatlar zamanı Səfikürd ərazisində 4 min 500 il tarixi olan yaşayış məskəni, həmçinin ilk tunc dövrünə aid 10-dan artıq insanın dəfn olunduğu kurqan aşkar edilib, bu da alimlərin bölgəni daha dərindən öyrənməsinə əsas verir.
Xatırladaq ki, son illər Goranboyda çoxlu sayda kurqanlar aşkar olunub.
Hətta 2008-ci ildə Səfıkürd və Qaradağlı kəndlərində tapılan bu kurqanlardan biri qarət olunmuşdu.
Mütəxəssilər eramızdan əvvəl 12-10-cu əsrlərin zəngin ailələrə məxsus qəbirlərindən adətən zinət və məişət qabları tapıldığını demişdilər.
Ancaq tunc dövrünə aid kurqan tipli qəbirlərin nə zaman və kimlər tərəfindən qarət olunduğu bilinməmişdi.
XS
SM
MD
LG