Keçid linkləri

2024, 17 Noyabr, bazar, Bakı vaxtı 10:46

Fərid Hüseyn. Hər şey öz yerindədi


-
HƏR ŞEY ÖZ YERİNDƏDİ

Sən gedənnən nə dəyişib ki?
Yenə günəş şərqdə çimir, qərbdə boğulur.
yenə fəhlə dostum tez-tez
əllərini yaralayır.
Sən gedənnən nə dəyişib ki,
yenə yayda bənizim qara,
qışda qismən ağ olur,
yenə dostlar tost deyir,
şüşələr boşalır.
əvvəllər də beləydi...
Sən gedənnən nə dəyişib ki?!
Bir az işıq pulumuz çox olur,
lentdəki səsinə qulağ asıram,
sən oynayan toylara baxıram.
Daha telefon borjumuz da olmur.
Sən gedənnən süfrəm də bollaşıb,
Dostlar da pullaşıb.
Tez-tez səni unutmaqla məşgul oluram.
Yeyə-yeyə, içə-içə
Qızlar da azalır gözümdə
sənə bənzərlərini seçə-seçə.
Sən gedəndən siyasətlə məşğulam -
İnsanların yerlərini dəyişirəm ürəyimdə,
məhkəmədə hakiməm,
tez-tez özümə jəza kəsirəm.
sən gedəndən nə dəyişib ki,
hər şey öz yerindədi
mən də ölümdə.

"Ulduz"
XS
SM
MD
LG