Keçid linkləri

2024, 17 Noyabr, bazar, Bakı vaxtı 10:34

Fərid Hüseyn. Unutmamışam


-
UNUTMAMIŞAM

Unutmamışam,
heç nəyi unutmamışam.
Küçəniz şeirlərini satan şairin adını daşıyır,
Qapınızın nömrəsi -
Gənjə maşınlarının nömrəsidi.
Divarınız əhəngliydi
Eyvanınızı rahat görmək olur küçədən.
Hasarınız alçaqdı.
Yadında varsa, müəllimə olmaq istəyirdin
mən də polis.
indi sən anasan
mənsə, eh...
məndən gözəlini axtarırdın
məndən eybəjərinə qismətsən.
arzularımız yuxu kimi
Tərsinə oldu.
Tərsinə...
İndi eşitdiyimə görə uşaq arzulayırsan.
Ana olmaq istəyirsən…
Mənsə beşik düzəldib satıram.
bir gün nə vaxtsa gələjəksən yanıma...

"Ulduz"
XS
SM
MD
LG