Keçid linkləri

2024, 23 Noyabr, şənbə, Bakı vaxtı 01:12

Vəkili Hilal Məmmədovun xəsarəti ilə bağlı fotosunu yaydı


-
«Talışı Sədo» qəzetinin baş redaktoru Hilal Məmmədov saxlandığı gündən bəri məhkəmələrə etdiyi müraciətlərin heç birinə baxılmamasından şikayətçidir.

O, bu narahatlığını avqustun 4-də vəkili Anar Qasımlı ilə görüşdə deyib.

Vəkilin AzadlıqRadiosuna verdiyi məlumata görə, H.Məmmədov həm də saxlanan vaxt ona qarşı zorakılıq edən şəxslərin indiyə qədər məsuliyyətə cəlb olunmamasından narahatdır.

H.Məmmədov saxlanan vaxt ayağından və bədəninin müxtəlif yerlərindən ona xəsarətlər yetirildiyini iddia edir.

Vəkili A.Qasımlı H.Məmmədovun ayaqlarında xəsarət izlərinin olduğunu təsdiq edir:

«Hilal Məmmədov tutulandan bir gün sonra, iyunun 22-də işi aparan Nizami rayon Polis İdarəsinin müstəntiqi Ceyhun Kərimovun otağında həmin xəsarətlərin şəklini çəkmişəm. Bununla əlaqədar Nizami rayon Prokurorluğunda müstəntiq Ələkbər Rzayevin icraatında iş də var. O, bir dəfə Hilal Məmmədovla görüşüb və onun ifadəsi alınıb. Bundan sonra onlara araşdırma barədə heç bir məlumat verilməyib».

H.Məmmədov iyunun 21-də külli miqdarda narkotik maddə saxlama ittihamı ilə saxlanıb. Məhkəmə onun haqqında 3 aylıq həbs qətimkan tədbiri seçib.

O, Cinayət Məcəlləsinin dövlətə xəyanət, qanunsuz olaraq külli miqdarda narkotik maddə saxlama, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınması maddələri ilə ittiham olunur.

H.Məmmədov 1992-ci ildən İranın xüsusi xidmət orqanları ilə əməkdaşlıqda təqsirləndirilir.

İttihamlar təsdiqlənsə, onu 15 ilədək həbs cəzası gözləyir.
XS
SM
MD
LG