Keçid linkləri

2024, 26 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 09:44

Georq Xazai Naxçıvan Dövlət Universitetinə kitab bağışladı


Georq Xazai
Georq Xazai
Macarıstan EA-nın həqiqi üzvü, tanınmış türkoloq-alim Georq Xazai şəxsi kitabxanasında saxlanan 300-ə yaxın kitab və məcmuəni Naxçıvan Dövlət Universitetinə hədiyyə edib.

Xəbəri AzadlıqRadiosuna Azərbaycanın Macarıstandakı səfirliyinin mətbuat xidməti verib.

Kitabları səfir Vilayət Quliyevə təqdim edən macar alimi özünün bu addımını son illərdə azərbaycanlı həmkarları ilə yaranmış sıx qarşılıqlı əməkdaşlığın nəticəsi kimi qiymətləndirib.

1950-1980-ci illərdə Avropanın müxtəlif ölkələrində çap olunan kitablar müasir filologiya elminin, xüsusən də türkologiyanın aktual problemlərinə həsr edilib.

Xatırladaq ki, bu akademik Xazainin iki ölkə arasında elmi əməkdaşlığın inkişafına ilk töhfəsi deyil. Ötən il o, şəxsi kitabxanasında saxlanan 1000-ə qədər kitab, məcmuə, jurnal, habelə bir sıra əlyazmalarını təmənnasız olaraq Azərbaycan Milli Elmlər Akademiyasının Əsaslı kitabxanasına bağışlamışdı.

Yeri gəlmişkən, Naxçıvan Dövlət Universiteti birgə tədqiqatlar aparmaq, habelə tələbələr qarşısında türkologiya tarixinə və türk dillərinə dair mühazirələr oxumaq məqsədi ilə tanınmış macar alimini bu ilin payızında Naxçıvana dəvət edib.
XS
SM
MD
LG