Tatarıstanda “Katakomba” adlı müsəlman sektasının 4 üzvünə qarşı rəsmi ittiham irəli sürülüb.
Onlar uşaqlarla amansız davranmaqda ittiham olunurlar.
Məlumata görə Kazan ətrafındakı yeraltı bunkerdə 27 uşaq da daxil olmaqla 70-ə yaxın adam yaşayırmış.
Onlardan bəziləri orda doğulubmuş və indiyədək işıq üzü görməyiblərmiş.
Ən balaca uşağın ilyarım, ən böyüyünün isə 17 yaşı var.
Bunker sektanın 83 yaşlı lideri Faizrahman Sattarovun evinin altında aşkar edilib.
“Vesti” televiziya kanalının məlumatına görə, Sattarov evini “müstəqil islam dövləti” elan edibmiş.
Polis qanunsuz tikilmiş 3 mərtəbəli evin söküləcəyini deyir.
Sekta avqustun 1-də, Tatarıstanın dini xadimlərinə edilmiş hücumla bağlı aparılan istintaq zamanı aşkar edilib.
Hakimiyyət sekta üzvlərinin bu hücumda əli olduğunu göstərən faktlar aşkar edilmədiyini deyir.