Keçid linkləri

2024, 27 Dekabr, Cümə, Bakı vaxtı 15:48

“Baku Steel Company” rəhbərliyindən zavodlara hücum barədə açıqlama


AzadlıqRadiosu metal zavodlarına hücum edən mülkigeyimlilərin “Baku Steel Company” şirkətin icraçı direktoru Rasim Məmmədovun adından istifadə etmələrinə dair iddialara aydınlıq gətirməyə çalışıb.

Avqustun 10-da Rasim Məmmədova bir daha müraciət etdik.

- Rasim müəllim, dünən (avqustun 9-u) mən sizinlə danışanda dediniz sonra zəng edin...

- Siz o boş-boş söhbətlərə qulaq asıb mənə niyə zəng edirsiniz ki?

- Rasim müəllim, biz istəyirik ki, sizin mövqeyinizi də səsləndirək.

- Onlar avara sözlər danışırlar, indi biz də hər sözə görə cavab verməliyik?

- Onlar deyirlər ki, siz onların müəssisələrinə qoçu dəstələri göndərirsiniz.

- Siz onlardan soruşun görün, onlar ümumiyyətlə nə işlə məşğuldurlar.

- Onlar metal zavodları işlədirlər,..

- Zavod-zad yoxdur onlarda, boş-boş şeylər danışırlar. Hər sınıq şey zavod sayılır?

- Rasim müəllim, bu işləri bütün zavodların bir müəssisədə cəmləşməsi kimi dəyərləndirmək olarmı?

- Siz hansı zavoddan danışırsınız, bəyəm onlar zavoddur. O zavoddur ki?

- Həmin müəssisələr özlərini metalyayma müəsissələri adlandırırlar.

- Nə metal yayma. Hər yerindən duran bir metal götürür, əridir deyir metalyayma.

- İndi həmin müəssisələrlə bağlı nə olacaq?

- Mən heç onlarla maraqlanmıram, məni bu işlərlə əlaqələndirməyin...

Metal yayımı ilə məşğul olan “Ahmed-Ataxan” Azərbaycan-Türkiyə birgə müəssisəsi və “R.A.N.K.”MMC fəaliyyətlərini “Baku Steel Company”nin nümayəndəsi Rasim Məmmədovun göstərişi ilə bağladıqlarının deyirlər. Müəssisə rəhbərlərinin dediyinə görə, onlarla əvvəlcə Rasim Məmmədov özü danışıb, onlar razılıq verməyəndən sonra müəssisəyə idmançı görkəmli mülkigeyimlilər gəlib.

İndiyə qədər 20-yə yaxın metal məhsullarını istehsalı ilə məşğul olan müəssisənin fəaliyyətinin dayandırıldığı bildirilir.
XS
SM
MD
LG