Keçid linkləri

2024, 24 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 04:58

Nyu-Yorkda damlar əkin-biçin yerinə çevrilir


Foto: Arxiv
Foto: Arxiv
-
Nyu-Yorkun Bruklin rayonunda reyhan və Çin kələmi yetişdirilir. Onları kənd məhsulları üçün ürəyi gedən şəhərlilərə və supermarketlərə satırlar. Bu tərəvəzlər yerdə yox, göydə - binaların damında yetişdirilir.

«Carrot City: Creating Places for Urban Agriculture» kitabının müəllifi Joe Nasr deyir ki, balkonlarda satış məqsədilə təsərrüfat qurmağa görə Nyu-York liderdir.

Damda qurulan təsərrüfatlar yağış sularından səmərəli istifadə edir. Şəhər içində tərəvəz əkib-becərmək həm də daha az yük maşınının yollara çıxması və atmosferin çirklənməsinin azalması deməkdir. Bu da Nyu-Yorkun meri Michael R.Bloomberg'in əsas hədəflərindən biridir.

Ben Flanner əkib-becərməyə Bruklindəki kiçik bir ərazidə başlayıb. Ancaq iki il sonra fəaliyyətini ərazisi 4 min kvadratmetr olan bir balkonda davam etdirib. Əvvəlcə 540 min kilo torpaq yerə döşənib, sonra üstünə toxum əkilib.

HƏŞƏRATLAR YOXDUR

Ben Flanner deyir ki, binaların başında təsərrüfat qurmağın iki üstünlüyü var. Bol günəş və həşəratların olmaması. Flanner deyir ki, klassik təsərrüfatlarla şəhər təsərrüfatları arasında bir çox oxşarlıqlar var:

«Ancaq bizdə daha yaxşıdır. Çəyirtkələr, siçanlar və başqa ziyanvericilər yoxdur».

Ancaq onların da öz çətinlikləri var. Bunlardan biri də binaların arasında əsən və narın toxumları uçurdan küləkdir.

İyun ayında Nyu-York meriyası özünə aid binanın 19 min kvadratmetrlik balkonunda əkin-biçin üçün tender elan edib. Şəhər Planlaşdırma Departamentindən Amanda M.Burden deyir ki, bundan sonra şəhər təsərrüfatı üçün daha çox yer yaradılacaq.
XS
SM
MD
LG