Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 19:36

Tofiq Abdin. İki babanı itirmişəm, bir nənəni...


-

oğlum
bu şeiri yazana qədər
deməsəm də sənə
bilirsən
iki babanı itirmişəm
bir nənəni
dözüm verib allah mənə
özü onları apardığı üçün
ölüm yolunda
neyçin belə fikirlisən neyçin
ətrafındı iki gözəl oğul balan
başının üstündə bir bəlan
amma bu bəla oğul balaların deyil
alın yazın
bir gün səni anlayacaqlar
mən olmasam da o gün
ruhum duyacaq...
yenidən başlayacaq ömrüm...
XS
SM
MD
LG