Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 18:10

Sayman Aruz. Nə qara ili...


-

Nə qara ili,
Nə qara yeli,
Nə qara yelkəni,
Nə sənin gözlərindən axan qaranı,
Nə mənim ürəyimdən axmayan yaranı,
Nə sənin öldüyün Oranı,
Nə mənim yaşamadığım buranı,
Nə qara vətən,
Nə qara müharibə,
-Qaranlığı istəmirəm
Azadlığa bürünsə də!

Nə qara ümid,
Nə qara imdad,
Nə qara qapı,
Nə qara pəncərə.

Dartılmış,
Darısqal,
Uzun-uzun yolları,
Qara örtüklərilə!

Nə qara qəpik,
Nə qara bilərzik,
Nə önümdə dayanan bu utanqac döyüşçülər,
Azadlığı bağıran,
Azadlığı bağlayan.

Kövrəlmiş,
Arığ,
Kölə qizcığazları,
Qara örtüklərilə!

Nə qara sevgi,
Nə qara səadət,
Biz,
Ayı əritməyə getdik bulutlardan,
Və günəş çıxacaydı deyə,
Əridik!

-Odu qarşılayırlar
Dənizi axtaranlar,
Və küçənin ürəyi soyusun deyə
Ölürər!

Və həyat məndə böyüyür
Və həyat məndə böyüyür
Və həyat məndə böyüyür!
XS
SM
MD
LG