Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 23:19

Ağacan Əbiyev: «AIBA özünü BBC qarşısında təmizə çıxarmaq istəyir»


Ağacan Əbiyev
Ağacan Əbiyev
-
Azərbaycan Boks Federasiyasının prezidenti Kəmaləddin Heydərov Beynəlxalq Həvəskar Boks Assosiasiyasının (AIBA) rəhbəri Wu Ching-kuo'ya yazılı etirazını bildirib. Etiraz Azərbaycan bokçusçu Teymur Məmmədovun yarımfinalda məğlub olması ilə bağlı olub.

Bunu AzadlıqRadiosuna hazırda Londonda olan Federasiyanın vitse-prezidenti Ağacan Əbiyev deyib.

- Ağacan müəllim, Azərbaycan boksçuları ilə bağlı nə baş verir?

- Mənə elə gəlir ki, AIBA özünü BBC qarşısında təmizə, saflığa çıxarmaq üçün belə bir addım atdı. Bununla da AIBA göstərmək istəyir ki, Azərbaycanla onların arasında heç bir yaxınlıq olmayıb və yoxdur da. Burda nə elədilər ancaq Azərbaycanın əleyhinə elədilər.

- Ağacan müəllim, AIBA təzəlikcə BBC-ni məhkəmə ilə hədələdi. AIBA rəsmiləri bildiriblər ki, BBC-ni Olimpiada qurtaran kimi məhkəməyə verəcəklər. Belə ki, BBC qızıl medal üçün Azərbaycanın rüşvət verməsi iddiaları haqda qalmaqallı verilişi təkrarən efirə buraxıb.

- Nə məhkəməyə vermək. BBC-yə elə AIBA-nın özü deyib hər şeyi. Baş verənlər elə AIBA-nın öz işidir. Bu təşkilat başdan ayağa qalmaqaldır. Ona görə ki, boksdan xəbəri olmayan adamları yığıblar ora. Biznesmenlər gəlib dolub bu quruma, hamısı da bizneslə məşğuldur.

- Ağacan müəllim, Kamaləddin Heydərovun etiraz etdiyi barədə məlumat yayılıb. Bu nə vaxt olub?

- Dünən (avqustun 10-u) Teymur Məmmədovun döyüşündən sonra. Teymur Məmmədov tam udmuşdu. İki dəfə italiyalı boksçunu nokauta saldı, amma qələbəni götürüb verdilər uduzan italiyalı boksçuya. Elə şey olar? Teymur iki raundu qələbə ilə başa vurdu, amma ona götürüb iki xal verirlər. Dəlixanadır da bura. Yığıb töküblər özləri istədikləri hakimləri ora. AIBA-dakılar o qədər zibil-zibil işlər görürlər ki, bir-birlərinin ayağını heç vaxt tapdalamazlar. Kəmaləddin müəllim etiraz verib, baxıblar, amma deyiblər yox. Əslində hər şeyi özləri həll edirlər. Mən görürəm də, yığışırlar bir yerə, qurtardı getdi...
XS
SM
MD
LG