Keçid linkləri

2024, 27 Dekabr, Cümə, Bakı vaxtı 01:59

İran səfirini Bəhreynə qaytarmayacaq


İran səfirini Bəhreynə qaytarmayacaq.

Bunu İran xarici işlər nazirinin müavini Hussein Amir Abdillahian deyib.

O qeyd edib ki, bu ölkədəki sünni hakimiyyəti çoxluqda olan şiələrin hüquqlarını pozmaqda davam edir.

Bəhreyn hakimiyyəti 1 həftə bundan əvvəl ötən il İrandan geri çağırdığı səfirini Tehrana qaytaracağını bəyan edib.

Hüquq müdafiəçilərinin sözlərinə görə, ötən ilin əvvəllərində Bəhreyndə əsasən şiələrin iştirak etdiyi etiraz aksiyaları dağıdılarkən 60 adam ölüb.
XS
SM
MD
LG