Keçid linkləri

2024, 29 Dekabr, bazar, Bakı vaxtı 22:56

250 Plyusun Facebook səhifəsində keçirilən online forum


REDESIGN Azeri 250 Pylus 308 x 173 Banner
REDESIGN Azeri 250 Pylus 308 x 173 Banner
250 Plyusun Facebook Fan Pageində sorğu elan edəndən sonra ora suallar daxil oldu. Söz verdiyimiz kimi 250 saat keçəndən sonra onları cavablandırırıq.

1. Sizdə də iş üçün vakant yer yoxdur?

İş məsələsinə prokuratura baxır.

2. Nətəri olacaq bu işlərin axırı?

Bizim falçılarla müqaviləmiz var: onlar boyun olublar zarafat eləməsinlər, biz isə fala baxmayaq.

3. 250 Plyus nə zaman 500 Plyus olacaq?

Gəlin alkoqoliklər kimi hər şeyi "yarım litr"lə ölçməyək.

4. Şir ürəyi necə dadır?

Təəssüf ki, bizdə şir kardioloqiyası haqda məlumat yoxdur.

5. Vüsaləni Vüsalə edən 250 Plyus oldu, yoxsa 250 Plyusu 250 Plyus edən -Vüsalə?

Vüsalə vaxtilə anadan olduğundan, bir növ analoq materiyadır. 250 Plyus adından göründüyü kimi - rəqəmsal. Odur ki, prosesi analoq sistemlərdən digitala keçid kimi də qiymətləndirmək olar.

6. Vüsaləni niyə hələ tutmayıblar axı?

Adətən, adamların şəxsi arzuları öz əksini poeziyada, musiqidə, incəsənətdə tapır. İlk dəfədir ki, öz arzusunu sual formasında ifadə edən kimsəyə rast gəlirik.

7. Demokratiya rejimli məmurları "moneykratos" xəstəliyindən necə qurtarmaq olar?

Bizcə, dövlət məmurlarını pul xəstəliyindən yox, dövlət pullarını "məmur" xəstəliyindən müalicə etmək lazımdır.

8. 250 Plyusun analoqu var?

Dövlət mediasını diqqətlə izləsəz, analoqumuzu orda görə bilərsiz.

9. Azərbaycanın 5-ci prezidenti kim olacaq?

Biz şəxsi və ailə işlərinə qarışmırıq.

10. Başqa peşə tapmadız?

250 Plyus peşə deyil, diaqnozdur.

11. Görəsən millət nə vaxt oyanacaq?

Milli "budilnik" icad olunanda.

12. Sizdə maaş 250 AZN &-dır?

Bizim maaşlar Facebook LİKE-ları ilə verilir.

13. İnternet pişikdirsə, facebook hansı heyvandır?

Facebook heyvan deyil, PİŞİKOTUdur.

14. Julian Assagneni bağışlamaq olarmı?

Yəqin ki, seçkilər ərəfəsi amnistiyaya düşər...

15. İş tapıbsan?

İş - cavabı olmayan tapmacadır, ömür boyu axtarırsan.

16. AHY (Azərbaycan Hava Yolları) - bilet var?

Sibirə - öz də havayı...

Əlavə suallarınız varsa, şərh yerində yazın. 250 saat ərzində cavab alarsız.
XS
SM
MD
LG