Keçid linkləri

2024, 27 Dekabr, Cümə, Bakı vaxtı 05:45

Türkiyənin Suriya ilə sərhəd bölgəsində güclü partlayış törədilib (VİDEO)


Türkiyədə partlayış - ölən və yaralananlar var
Gözlə

No media source currently available

0:00 0:00:37 0:00
Direct-ə keçid

Türkiyədə partlayış - ölən və yaralananlar var

ÖLƏNLƏRİN SAYI ARTIB

Türkiyənin baş nazirinin müavini Beşir Atalay deyib ki, yaralılar arasında olan 12 yaşlı qız da öləndən sonra partlayışda həlak olanların sayı 9-a çatıb. 69 yaralıdan 17-si hələ xəstəxanalarda reanimasiyadadır.

Türkiyə hakimiyyəti partlayışda Kürd Fəhlə Partiyasını (PKK) günahlandırır.

PKK-ya bağlı veb-saytda isə təşkilatın hücumda əli olmadığı bildirilib.

QAZİANTEP ƏYALƏTİNDƏ PARTLAYIŞ OLUB

Türkiyənin Suriya sərhədinə yaxın bölgəsində partlayış nəticəsində 8 nəfər ölüb, onlarla adam yaralanıb. Hadisə ötən gün Qaziantep əyalətində polis məntəqəsinin yaxınlığında baş verib. Dayanacaqda saxlanan avtomobil uzaqdan idarəetmə ilə partladılıb. Ölənlər arasında polislər də var.

Hələlik partlayışa görə məsuliyyəti heç kim götürməyib.

Bundan əvvəl avqustun 20-də iki türk əsgəri Hakkari əyalətində minaya düşərək ölüb. Bu əyalət İraqla İran sərhədinə yaxındır.

Türkiyə rəsmiləri hadisəyə görə Kürd Fəhlə Partiyasını –PKK’nı ittiham edib. PKK Türkiyənin cənub-şərqində xeyli fəaldır.
XS
SM
MD
LG