Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 16:15

İordaniya paralimpiyaçilari cinsi təcavüzdə ittiham olunurlar


Arxiv foto
Arxiv foto
İordaniya kralı Abdulla öz ölkəsinin seksual təcavüzdə ittiham olunan üç paralimpiyaçısının işinə müdaxilə edib və onların London Olimpiadasında iştirakı təmin olunub.

Pekin Olimpiadasında gümüş və bürünc medal qazanmış iki ağırlıqqaldıran və onların məşqçisi Şimali İrlandiyadakı məşq düşərgəsində olarkən qadınlara və qızlara qarşı seksual təcavüz etməkdə ittiham olunurlar.

Britaniyadakı İordaniya səfirliyinin nümayəndəsi Rulan Samara Şimali İrlandiyadakı Londonderry məhkəməsinə vəd edib ki, əlahəzrətin müdaxiləsindən sonra zaminə buraxılmış idmançılar olimpiada başa çatan kimi ədalət məhkəməsinə qaytarılacaqlar.

Onların zaminə buraxılması üçün hər birinə İordaniya krallığı tərəfindən 5500 funt sterlinq pul ödənib.

Pekin Paralimpiadasında bürünc medal qazanmış 45 yaşlı Motaz Al Junaidi qadınlara qarşı cinsi təcavüzdə ittiham olunur.

NALAYİQ ŞƏKİLDƏ BAXIB

Onun komanda yoldaşı, gümüş medalçı Omar Sami Qaradhi’yə qarşı üç seksual təcavüz ittihamı irəli sürülüb. Onlardan ikisinin uşaqlara qarşı törədildiyi iddia olunur. Üçüncü iddia ondan ibarətdir ki, Omar Sami Qaradhi qadınların geyinib-soyunma otağına daxil olaraq qadınlara nalayiq şəkildə baxıb. Rəsmi ittihamda bu cinayət «voyerizm» adlanır. Açımı seksual həzz almaq məqsədi ilə paltarını dəyişən və ya çılpaq adamlara baxmaqdır. Azərbaycan dilində buna «şorgözlük» də deyilə bilər.

İdmançının vəkili bildirib ki, onun anadangəlmə iki ayağı yoxdur və o, cinsi təcavüzə fiziki baxımdan qabil deyil.

Məşqçi Faisal Hammash isə iki azyaşlı qızı seksual fəaliyyətə cəlb etməkdə ittiham olunur.

Ona qarşı ittiham 14 yaşlı qızın iddiası əsasında tərtib edilib.
XS
SM
MD
LG