Avqustun 23-də Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzi (SMDT) seçici fəallığı ilə bağlı may-iyun ayları ərzində keçirdiyi sorğunun nəticələrini açıqlayıb.
125 seçki dairəsi üzrə 12 rayonda 1186 respondent arasında keçirilən sorğuda məqsəd vətəndaşların dövlət idarəçiliyində, seçkili hakimiyyət orqanlarının formalaşması və fəaliyyətində iştirak səviyyəsini öyrənmək olub.
Sosial-iqtisadi durumla bağlı suala cavab verən respondentlərin yalnız 2 faizi ailəsinin yaşayış güzəranının yüksək olduğunu deyib. 49 faiz isə güzəranlarının ya ağır, ya da dözülməz olduğunu söyləyiblər.
Respondentlərin 49 faizi ötən 3 il ərzində güzəranının yaxşılığa doğru dəyişmədiyini, 42 faizi isə gələcəkdə həyat şəraitinin yaxşılaşacağına ümid etmədiyini deyib.
Sorğu iştirakçılarından ölkədə keçirilən seçkilərin onların həyatına necə təsir etdiyi də soruşulub. Rəyi soruşulanların 44 faizi “seçkilərin hər hansı təsiri olmur” deyib. 70 faiz isə seçkidə yalnız seçici kimi iştirak etmək istədiyini deyib.
Dövlət-vətəndaş münasibətləri ilə bağlı suallara gəldikdə rəyi soruşulan 1186 nəfərin 46 faizi deputatlara müraciət etməyin əhəmiyyətsiz olduğunu deyib. 40 faiz Prezident və Prezident Administrasiyasına etimad göstərdiklərini bildirib.
Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzi (SMDT) rəhbəri Anar Məmmədli deyir ki, onların bölgələrdə sorğu keçirməsi elə də asan başa gəlməyib. Məsələn, Gəncədə sorğu keçirənlər təzyiqlə üzləşib, polisə aparılıblar. Qusar rayonunda da xeyli çətinliklər olub, sorğunu keçirənlər, təsadüfü müraciət olunan respondentlər təzyiqlərə məruz qalıb. Hətta rayonlardan bir neçəsində sorğuda iştirak edənlər onlara təzyiqlər olunduğunu bildirərək doldurduqları anketlərin ləğv edilməsini tələb edib. Naxçıvan Muxtar Respublikasında isə sorğu anketləri sorğu aparanların əlindən alınaraq cırılıb.
Anar Məmmədli qarşıdan gələn prezident seçkiləri ərəfəsində belə bir sorğunun mühüm əhəmiyyət daşıdığını deyir. Bildirir ki, sorğunun nəticələri tam təhlil olunandan sonra sorğunun nəticələrinin təhlili ilə bağlı tədbir keçirməyi planlaşdırılar.