Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 23:37

Prezident pullamı seçilir?


Mitt Romney və Barack Obama
Mitt Romney və Barack Obama
-
Bu həftənin əvvəlində prezident Obama Ayova ştatından qayıdandan sonra öz tərəfdarlarına e-mail göndərdi:

“Bizim ehtimalımıza görə Romney və respublikaçılar seçkiyə bizdən çox xərcləyəcək.”

“Aradakı fərqi ləğv etməyə vaxt daralır.”

“Siz bu gün pul köçürə bilərsinizmi?”

ƏN BAHALI SEÇKİ

ABŞ-da noyabrın 6-dakı prezident seçkiləri tarixdə ən bahalı seçki olacaq.

Bu seçki 2 milyard 500 milyon dollara başa gələcək.

Bunu namizədlərin pul yığmasına və xərcləməsinə nəzarət edən mərkəz ( Center for Responsive Politics) bildirir.

Amerika siyasətində pul çox böyük rol oynayır, ancaq pul həlledicidirmi?

Seçkidə 1 milyardlıq hədd 2008-ci ildə keçildi.

O vaxt seçkiyə 1 milyard 700 milyon dollar xərcləndi.

Bu, 2004-cü ilin seçkisinə xərclənəndən 3 dəfə çox idi.

2000-ci ilin seçkisinə isə cəmi 340 milyon xərclənmişdi.

Xərclərin belə artması ABŞ-ın Ali Məhkəməsinin qərarından sonra olub. Həmin qərarla siyasi ianələrə məhdudiyyətlər götürüldü.

MƏNFİ REKLAM ARTIR

Demokrat Barak Obama ilə respublikaçı Mitt Romneyin seçki yarışında hələlik aydın olan odur ki, onların hər ikisi mümkün qədər çox pul toplamağa və xərcləməyə çalışır.

Ancaq bunun effekti nədir?- bu, hələlik aydın deyil.

İyul ayının nəticələrinə görə pul toplamaqda Romney Obamanı xeyli qabaqlayır, ancaq kimə səs veriləcəyi ilə bağlı rəy sorğuları Obamaya üstünlük verir.


Obama 21 avqustda Nevadada çıxış edərkən telepromter qarşısını kəsəndə şəkli çəkilib
Obama 21 avqustda Nevadada çıxış edərkən telepromter qarşısını kəsəndə şəkli çəkilib

Seçkidə maliyyə məsələləri üzrə ekspert Viveca Novak deyir: “Pul real olaraq mühümdür. Ancaq ən mühüm amildirmi? Mənim fikrimcə, pulla eyni əhəmiyyəti olan digər vacib amillər var. Bunlar namizədin şəxsiyyəti , namizədlə bağlı məsələlər və ümumi vəziyyət və s-dir. Məsələn, iqtisadi vəziyyət yaxşı deyil. Ona görə iqtisadiyyat nəhəng amildir.”

Novakın fikrincə, pul vasitədir. Namizədin kimliyi, baxışları çox vacibdir, ancaq ona öz mesajlarını çatdırmaq üçün pul lazımdır.

Ancaq pul yağışının mənfi tərəfləri də var.
Bu ilki seçki kampaniyasında məhfi reklam xeyli artıb. Bunu namiəzdlərin media strategiylarını öyrənən The Mesleyan Media Project təşkilatı bildirir.

Təşkilatın araşdırmasına görə, 2008-ci ildə neqativ reklam 9 faiz idisə, indi 70 faizdir.
Müsbət reklam öz fikirlərinin təbliğidirsə, neqativ reklam rəqibin dediklərini gözdən salmaqdır.


Mitt Romney
Mitt Romney
AMERİKALILAR YAXŞI BAXMIR...

Seçkiyə xərclənən fantastik pullara amerikalılar necə baxır?

2008-ci ildə seçki xərcləri 1 milyardı keçəndə USA Today və Gallup birgə sorğu keçirmişdilər. Sorğuda amerikalıların 70 faizi bu qədər pul xərclənməsini israfçılıq hesab edirdi.

Vaxtilə Corc Buşun seçki media kampaniyalarını aparan Mark McKinnon seçkiyə bu qədər pulun xərclənməsini “dəhşətli” adlandırır.

Onun fikrincə, ianəyə məhdudiyyəti götürən Ali Məhkəmə qərarı “biabırçılıqdır”.

Həmin qərardan qabaq Amerikada heç bir adam öz istədiyi namizədə 2500 dollardan artıq verə bilməzdi.

McKinnonun fikrincə, bununla da heç kim və heç bir maraq seçkiyə təsir göstərə bilmirdi.

Ancaq Ali Məhkəmə məbləğə məhdudiyyəti götürəndən sonra marağı olan hər bir adam istədiyi qədər pul xərcləyə bilər.

McKinnon bu qədər pulun həm də ona görə əleyhinədir ki, pul onsuz da dağıdılır.

McKinnon deyir ki, “Mən iki prezident kampaniyasıda reklama məsul olmuşam. O vaxt mən fikirləşirdim ki, pulun yarısı israfçılığa gedir. İndi israfçılıq daha çoxdur”
XS
SM
MD
LG