Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 16:12

Breivik 21 il həbs cəzası aldı


Norveç məhkəməsi 77 adamı öldürən Anders Breiviki 21 il həbs cəzasına məhkum edib.
Oslodakı məhkəmədə hakimlərin qərarı yekdil olub.
Breivik terror aktlarında günahkar bilinib.

2011-ci il iyulun 22-də 33 yaşlı Breivik Osloda bomba partlayışı ilə 8 adamı, daha sonra isə əksəriyyəti gənclər olan 69 adamı öldürüb.

Breivik özünü Avropanın müsəlman işğalı ilə mübarizə aparan Şimal cənagəvəri hesab edir. O həmçinin çoxmədəniyyətliyi təbliğ edən siyasətçilərlə mübarizə apardığını deyir.
XS
SM
MD
LG