Keçid linkləri

2025, 22 Yanvar, çərşənbə, Bakı vaxtı 02:33

Amerikalı senator İrana xəbərdarlıq edib


Əgər İran yaxın zamanlarda nüvə proqramından əl çəkməsə ABŞ və onun müttəfiqlərinin İranın nüvə obyektlərini vurması yəqin ki, gerçəkləşəcək.

Bunu amerikalı müstəqil senator Joseph Lieberman AzadlıqRadiosunun İran xidmətinə müsahibəsində deyib.

Libermanın sözlərinə görə, ABŞ hadisələrin bu cür inkişafını istəmir.

Amma o qeyd edib ki, İranın nüvə dövlətinə çevrilməsinə yol vermək olmaz-bu bütün dünyaya təhlükə olardı.
XS
SM
MD
LG