Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 18:26

Günel Şailqızı. Çay


-

ÇAY

Nəlbəkidə soyuyan çayın
bir qurtumu sənindi,
bir qurtumu mənim.
Mən dəmlədim,
sən tökdün.
Çay tünddür,
xasiyyətin də.
Hisslərimiz də bir içimlik çay idi.
Soyuyur nəlbəkidəkindən də tez.
Tüstüsü başımdan çıxır,
yadımdan çıxmır.
Belə ailələr çoxdur:
- nəlbəkisi tüstülənən,
- ya əzəldən çayı soyuq.
Bizim bir dərdimiz də var:
- Evimizdə qənd qurtarıb.
Çayını iç get yat.
Yuxun şirin olsun.
Heç olmasa, yuxun.
XS
SM
MD
LG