Keçid linkləri

2024, 25 Dekabr, çərşənbə, Bakı vaxtı 19:29

2020-ci ilə qədər bu peşələrə tələb artacaq


Arxiv foto
Arxiv foto
-
Wall Street Journal Amerikada 2010 – 2020-ci illər arasında ən çox tələbat yaranacaq 10 peşəni araşdırıb.

Araşdırma zamanı bu peşə sahiblərinin iş tapma şansları, yəni onlara ehtiyac, qazanacağı maaş, iş yerinin daimiliyi kimi meyarlar nəzərə alınıb.

2010 – 2020-ci illər arasında ABŞ-ın Əmək və Məşğulluq İdarəsinin statistikası, açılacaq iş yerləri və tələb-təklifi araşdıran Wall Street Journal minimum maaş olaraq illik 30 min dollarlıq limit qoyur.

1000 peşə arasından seçilən gələcəyin ən çox tələbat yaranacaq peşələri bunlardır:


1. Actuaries`lər Risk dəyərini hesablayanlar:
  • 2020-ci ilə qədər yeni tələb olunan adamların sayı iş yerlərinin sayı: 18 900
  • İndiki ilə müqayisədə artacaq iş yerləri faizlə: 87.1 %
  • Orta illik maaş: $87 650
​Maliyyə analizi və statistik metodlardan istifadə edərək şəxslər və şirkətlər üçün riskləri və onların maddi dəyərinin hesablanması ilə məşğul olanlara Amerikada “Actuaries” deyirlər.

2010-cu ilin hesablamalarına görə ABŞ-da ancaq 21 700 belə peşə sahibi olub, 2020-ci ilə qədər daha 18 900 yeni risk dəyəri hesablayana - actuaries`lərə ehtiyac olacaq.

Bu peşə sahibi olmaq üçün universiteti və kolleci bitirmək, işə götürmədə konkret bir imtahan vermək yetərli olur. İşə düzələn kimi, orta illik maaş 87.650 dollardan başlayır. Müqayisə üçün yeni başlayan mühasiblər ilə ancaq 61 700, büdcə analitikləri isə $ 68 min qazana bilir.


2. Şüşəsalan:
  • 2020-ci ilə qədər yeni tələb: 33 400
  • İndiki ilə müqayisədə artacaq iş yerləri: 79.7 %
  • Orta illik maaş: $ 36 640
Şüşə salanlara da 2020-ci ilə qədər tələbat çox yüksək olacaq. Ancaq söhbət sadəcə şüşə kəsənlərdən yox, həm də göydələn binalara özü qalxıb, pəncərəyə şüşə salanlardan gedir.

Bu peşə sahibi olmaq üçün sadəcə orta məktəb bitirib, xüsusi peşə hazırlığı kursu keçmək yetərlidir.

Ancaq şüşə salan peşəsi həm də yaralanma riski yüksək olan peşələrdəndir.


3. Statistik
  • 2020-ci ilə qədər yeni tələb: 18 700
  • İndiki ilə müqayisədə artacaq iş yerləri: 74.5 %
  • Orta illik maaş: $72 830
Statistiklərə məlumat toplanan hər bir sahədə ehtiyac var. 2010-cu ilə ABŞ-da onların sayı 25 min olub. 2020-ci ilə qədər daha 18 700 adama ehtiyac olacaq.

Orta illik maaşları hazırda 72 830 olan statistik-analitik olmaq üçün universitet təhsili almaq və riyazi analizi yaxşı bilmək yetərlidir.

Ancaq bu peşə həddindən artıq darıxdırıcı olduğu üçün işçilərin öz iş yerlərini dəyişməsi tendensiyası da var.

4. Siçantutan
  • 2020-ci ilə qədər yeni tələb: 48 500
  • İndiki ilə müqayisədə artacaq iş yerləri, 70.9 %
  • Orta illik maaş: $ 30 340
Siçantutan kimi ümumiləşdirsək də, əslində onlar evlərdən istənilən arzuolunmaz canlıları – siçovulları, böcəkləri, termitləri dərmanlar, tələlər və başqa vasitələrlə təmizləyənlərə deyirlər.

ABŞ-da bu cür arzuolunmaz heyvanların çox yaşadığı ştatlarda məskunlaşmanın artması və əhali artımını da nəzərə alaraq, 2020-ci ilə qədər daha 48 500 bu cür peşə sahibinə ehtiyac olacaq.

Bu işi görmək üçün ali təhsilə ehtiyac yoxdur. Ancaq qeyri-müəyyən iş qrafiki və kimyəvi vasitələrlə təmasın çoxluğu üzündən daha yaxşı iş tapanlar bu peşədən qaçırlar.


5. Tərcüməçilər
  • 2020-ci ilə qədər yeni tələb: 40 300
  • İndiki ilə müqayisədə artacaq iş yerləri: 69 %
  • Orta illik maaş: $ 43 300
ABŞ-da tərcüməçi olmaq elə də asan deyil. İngilis dili və azı bir başqa dili bilmək, uyğun ali təhsil almaqla yanaşı həm də yaxşı iş təcrübəsi tələb olunur.

2020-ci ilə qədər daha 40 300 tərcüməçiyə ehtiyac yaranacaq ki, onların orta illik maaşı 40 300 dollar həndəvərindədir.



6. Optometrist - göz müayiə edən
  • 2020-ci ilə qədər yeni tələb: 23 400
  • İndiki ilə müqayisədə artacaq iş yerləri: 68.4 %
  • Orta illik maaş: $ 94 990
Optometristlər ümumilikdə gözü müalicə etmirlər, sadəcə gözün yaxşı görüb görmədiyini ölçüb, eynək yazırlar.

ABŞ-da hazırda 34 200 adam bu işlə məşğuldur. Və 2020-ci ilə qədər daha 23 400 nəfərə ehtiyac yaranacaq.

Başlanğıc orta maaş da bu peşədə yetərincə yüksək görünür – ildə 95 min dollara yaxındır.

Ancaq həkimlərin illik ortalama 202 min, cərrahların isə 360 min dollara yaxın qazandığını nəzərə alanda bu elə də cəlbedici deyil. Çünki optometrist olmaq üçün də Tibb Universitetini bitirmək, üstəlik daha 4 il də oxuyub Optometriya sahəsində doktorluq dərəcəsi almaq tələb olunur.


7. Təbii Elmlər Menecerləri
  • 2020-ci ilə qədər yeni tələb: 33 500
  • İndiki ilə müqayisədə artacaq iş yerləri: 68 %
  • Orta illik maaş: $116 020

Təbii Elmlər Menecerləri fizika, biologiya və kimya sahəsində araşdırma proqramlarına rəhbərlik edənlərə deyirlər.

Adətən bu peşə sahibi olmaq üçün öncə alim olmaq, çalışdığın sahəni bilmək, sonra isə idarəetməni öyrənmək tələb olunur.

2020-ci ilə qədər 33 500 belə menecerə ehtiyac yaranacaq. İllik maaşları ortalama 116 min dollardır.

8. Marketinq və Bazar Araşdırma Analitikləri
  • 2020-ci ilə qədər yeni tələb: 191 800
  • İndiki ilə müqayisədə artacaq iş yerləri: 67.8 %
  • Orta illik maaş: $60 570
Marketinq mütəxəssisləri və Bazarı öyrənən Analitiklər 2020-ci ilə qədər ən çox ehtiyac duyulan peşə sahibləri olacaq. Düz 192 min nəfərə ehtiyac duyulacaq.

Marketinq və Bazar Araşdırmaları mütəxəssisi olmaq üçünsə Bakalavr dərəcəsindən əlavə, ixtisası üzrə Magistr dərəcəsi və daha çox qazanmaq üçün biznes dərəcəsi də tələb olunur.

Orta illik maaşları isə 60 min dollardan başlayır.

9. İzolyasiya fəhlələri
  • 2020-ci ilə qədər yeni tələb: 34 700
  • İndiki ilə müqayisədə artacaq iş yerləri: 67.5 %
  • Orta illik maaş: $35 110
Bu cür fəhlələr binaların örtüklərinin dəyişdirilməsi, asbest örtükləri şüşə örtüklərlə əvəzlənməsi zamanı köpük və başqa kimyəvi vasitələrlə su və səs keçirməzliyin təmin etmək üçün çağırılırlar.

Bundan ötrü sadəcə xüsusi kurs keçmək yetərli olsa da, illik 35 min dollarlıq maaşla müqayisədə yaralanma riskinin yüksək olması və iş şəraitinin ağırlığı daha ön plan çıxır.

10. Ətraf Mühitin qorunması üzrə texniklər
  • 2020-ci ilə qədər yeni tələb: 19 500
  • İndiki ilə müqayisədə artacaq iş yerləri: 65.9 %
  • Orta illik maaş: $41 380
Bu peşə sahibləri ətraf mühiti monitorinq edir, çirklənmə mənbələrini və sağlamlığa ziyanlı təsirləri öyrənirlər.

2020-ci ilə qədər ətraf mühitlə bağlı daha 20 minə yaxın bu peşə sahibinə ehtiyac olacaq.

Ancaq bu peşədən ötrü ali təhsil almaq tələb olunur. İllik maaşları isə təxminən 41 min dollardır.
XS
SM
MD
LG