Keçid linkləri

2024, 17 Noyabr, bazar, Bakı vaxtı 20:34

Bin Ladenin məhvi əməliyyatından kitab yazmış döyüşçünün başı qalda


-

ABŞ-ın müdafiə nazirliyi - Pentaqon Əl-Qaidə lideri Üsama bin Ladeni öldürən amerikalı dəniz piyadası, 37 yaşlı Mott Bysventə qarşı hüquqi tədbirlər görülüb-görülməyəcəyi məsələsini nəzərdən keçirdiyini deyir.

Pentagonun baş hüquqşünası bildirib ki, hadisə ilə əlaqədar “Çətin gün” adlı kitab yazan Mott Bysvent hərbi sirləri yaymamaqla bağlı razılaşmanı pozub.

Yəni kitab hər hansı dövlət sirrinin yayılıb-yayılmamasını yoxlamaq üçün dövlət agentlikləri tərəfindən incələnməyib.

Kitabın gələn həftə satışa çıxacağı gözlənilir, bununla belə, bir neçə nüsxə artıq oxucuların əlinə düşüb.

“Mark Owen” təxəllüsü ilə yazılmış kitab Əl-Qaidə liderinin ölümü ilə bağlı prezident Obama administrasiyasının açıqladığı məlumatdan fərqlənir, belə ki, kitabda mübahisəli bir məsələyə toxunulur - 2011-ci ilin mayında Üsəma bin Ladinin öldürülərkən silahsız olduğu iddia edilir.
XS
SM
MD
LG