Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 15:52

AB rəsmilərinin Ramil Səfərov haqda bəyanatı


Avropa Birliyinin xarici siyasət məsələləri üzrə ali nümayəndəsi Catherine Ashton və birliyin komissarı Štefan Fülenin sözçüləri Ramil Səfərovun Azərbaycana ekstradisiya olunan kimi azadlığa buraxılmasına dair bəyanat verib:

Ali nümayəndə və komissar Füle Ermənistan ordusunun zabiti Gurgen Margaryanı qətlə yetirdiyinə görə 2004-cü ildə ömürlük həbs cəzası almış Azərbaycan ordusunun zabiti Ramil Səfərovun prezident tərəfindən əfv edilməsi xəbərindən narahatlığını bildirirlər.

Avqustun 31-də Ramil Səfərov Məhbusların Köçürülməsi üzrə Strasburq Konvensiyası çərçivəsində cəzasının qalan hissəsini ölkəsində çəkmək üçün Azərbaycanın istəyi ilə Macarıstandan ekstradisiya edilib.

Avropa Birliyi nümayəndələri müvafiq qurumlarla əlaqə saxlayırlar və prosesi yaxından izləməkdə davam edəcək.

«Regionda stabillik və sülh istiqamətində aparılan işlər marağından çıxış edərək ali nümayəndə və komissar Füle vəziyyətin gərginləşməsinin qarşısını almaq üçün Azərbaycanı və Ermənistanı həmçinin bəyanatlarında da təmkinli olmağa çağırır» deyə bəyanatda bildirilir.
XS
SM
MD
LG