Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 04:59

«ZQAN-Holdinq»ın sahibi qəzeti cərimələtdirdi


-
Sentyabrın 4-də Yasamal rayon Məhkəməsində hakim Tahir İsmayılovun sədrliyi ilə «ZQAN-Holdinq»in sahibi Anar Məmmədovun «Gündəm xəbər» qəzetinə qarşı iddiası üzrə məhkəmə başa çatıb.

Məhkəmə qəzeti 10 min manat cərimələyib. Bundan başqa qəzetdə şirkətdən üzrxahlıq da dərc edilməlidir.

Qəzet bu il fevralın 17-də Yevlax avtovağzalının sahibi Bəhram Məmmədovun keçirdiyi mətbuat konfransından material dərc edib. Bəhram Məmmədova istinadən avtovağzaldakı söküntü və tikinti işlərinin «ZQAN-Holdinq» tərəfindən həyata keçirildiyini yazıb. Anar Məmmədov isə məlumatın səhv olduğunu və qanunsuz söküntüdə şirkətin adının hallanmasının fəaliyyətlərinə maneə törətdiyini iddia edib.

«Gündəm xəbər» qəzetinin təsisçisi Şirin Cəfəri isə deyir ki, sahibkarın mətbuat konfransında dedikləri başqa qəzet və xəbər saytlarında da çıxıb. Ancaq nədənsə şirkət rəhbəri yalnız «Gündəm xəbər»i məhkəməyə verərək cərimələtdirib.

Şirin Cəfərli məhkəmə qətnaməsindən apellyasiya şikayəti verəcəklərini deyib.
XS
SM
MD
LG