Keçid linkləri

2024, 23 Noyabr, şənbə, Bakı vaxtı 22:05

İsveçdə 2 adamdan 1-i muzdla işləyir, Azərbaycanda 5-dən 1-i


Azərbaycanda muzdla tam işçi kimi yaşlı əhalinin neçə faizi işləyir?

Bu suala cavab vermək üçün inkişaf etmiş regionları götürsək, məsələn, Şimali Amerikada 15 yaşdan yuxarı muzdla tam işçi kimi işləyənlər əhalinin 41 %-dir, Avropa Birliyində bu, 32 %-dir.

Afrikada Böyük Səhra regionunda isə bu göstərici dünyada ən aşağıdır - cəmi 12 %-dir.

Bu göstərici Azərbaycanda 20 %-dir.

Bu, yaxşıdır ya pis?

Azərbaycanın region qonşularını götürəndə, müqayisə üçün, Ermənistanda əhalinin cəmi 14, Gürcüstanda 13 %-i tam işçi kimi işləyir.

Azərbaycanda bu sahədə vəziyyət, yeni sorğunun nəticələrinə görə, Türkiyə, Makedoniya və ya Filippindəki kimidir.

Sorğunu isə Gallup Təşkilatı 148 ölkədə 187 min adamla müsahibə əsasında aparıb.

İQTİSADİ DURUMUN YENİ GÜZGÜSÜ

Gallup öz sorğusunun nəticəsi olaraq yazır ki, muzdlu məşğulların bütün əhalidə payı ölkədə iqtisadi durumu daha dəqiq göstərir.

Niyə daha dəqiq?
Çünki məlum olur ki, ölkənin adambaşına düşən Ümumi Daxili Məhsulu ilə Gallupın belə müəyyən etdiyi məşğulluq dərəcəsi arasında dəqiq əlaqə var.

KİM NƏ QƏDƏR İŞLƏYİR, ELƏ DƏ YAŞAYIR?

Dünyada əhalisinin ən çox hissəsi muzdla işləyən ölkə İsveçdir- 52%. Sinqapurda əhalinin 47, ABŞ-da 41 %-i işləyir. Bu, Xorvatiyada 48%, Rusiyada 46%-dir.

Dünyada ən aşağı yerlərdə Afrika ölkələridir.
Mərkəzi Afrika Respublikasında əhalinin cəmi 4 %-i muzdla tam işçi kimi işləyir.
Qvineyada bu 6, Konqoda 7, Nigerdə 7 %-dir.

Azərbaycanda əhalinin muzdla niyə cəmi 20 %-i işləyir?


Azər Mehdiyev
Azər Mehdiyev
İqtisadçı Azər Mehdiyev:

“Azərbaycan qonşularından fərqli olaraq gələn neft pulları sayəsində Dövlət layihələri hesabına iş yerləri yaradıb, Xüsusilə infrastruktur layihələrində, tikintidə.

Bununla belə, Azərbaycanın Statistika Komitəsinin məlumatına görə, Azərbaycanda əmək qabiliyyətli adamların sayı 4,3 milyon nəfərdir. Onlardan 1,4 milyon nəfəri muzdlu işçidir. Əmək müqaviləsi ilə işləyib, muzdlu işçi sayılanlar əməkqabiliyyətli əhalinin 25-30 faizidir.

Azadlıq Radiosu: Bəs yerdə qalanlar?

Azər Mehdiyev: Qalanları ya özünə işləyir, ya da başqa formalarda işləyirlər. Bir çox adam da var ki, işləyir, maaş da alır. Ancaq o öz işinə müvəqqəti kimi baxır. O, tam işdə çalışan yox, daha çox iş axtaran kateqoriyasına aiddir.
XS
SM
MD
LG