Keçid linkləri

2024, 26 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 09:54

Dil Qurumu medianın monitorinqini keçirir


Foto: Arxiv
Foto: Arxiv
-
Azərbaycan Dil Qurumu İctimai Birliyi Prezident yanında QHT Şurasının dəstəyi ilə sentyabrın 10-da mətbuatın monitorinqinə başlayıb.

Xəbəri AzadlıqRadiosuna qurumun mətbuat xidməti verib.

Monitorinq bir həftə--17 sentyabr 2012-ci il tarixinə qədər davam edəcək.

Dilçi alimlərin və mütəxəssislərin iştirakı ilə keçirilən monitorinqə aparıcı media qurumları və xəbər saytları cəlb edilib.

Monitorinqin nəticələrinə əsasən, Azərbaycan dil normalarını əməl etmə baxımından media qurumlarının reytinqi açıqlanacaq.

Nəticələr sentyabrın 20-dən sonra elan olunacaq.
XS
SM
MD
LG