Keçid linkləri

2024, 26 Dekabr, Cümə axşamı, Bakı vaxtı 15:20

Azərbaycanda rezidenturaya qəbulun nəticələri açıqlanır


Arxiv foto: Bakı Dövlət Universiteti
Arxiv foto: Bakı Dövlət Universiteti
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası 2012-2013-cü tədris ili üçün rezidenturaya qəbulun nəticələrini elan edib.

APA-nın xəbərinə görə, TQDK sədri Məleykə Abbaszadə sentyabrın 14-də keçirdiyi mətbuat konfransında deyib ki, iki mərhələ üzrə keçirilən qəbul imtahanlarının nəticələrinə əsasən, müsabiqədə iştirak edən namizədlərdən 514 nəfəri təhsilini rezidenturada davam etdirmək hüququ qazanıb.

Ümumilikdə 514 plan yerinə 492 nəfər qəbul olunub. Onların 432 nəfəri Azərbaycan, 60 nəfəri rus bölməsi üzrə qəbul olub. Qəbul planı 95,72 faiz dolub.

Rezidenturaya qəbul aparılan 4 istiqamətdən yalnız biri - tibbi profilaktika istiqaməti üzrə qəbul planı 42,11 faiz dolub. Qalan 3 istiqamət - müalicə işi və pediatriya, stomatologiya və tibbi biologiya üzrə qəbul planı 100 faiz yerinə yetirilib.
XS
SM
MD
LG