Rusiya müxalifəti şənbə günü ölkədə “Milyonların yürüşü” çərçivəsində aksiyalar keçirir.
Artıq Vladivostok, Partizansk,Tomsk, Sıktıvkar və digər şəhərlərdə nümayişlər keçirilib.
Aksiyanın qadağan edildiyi Kemerovada 5 fəalın saxlandığı xəbər verilir.
Moskvada isə yürüş Puşkin meydanından başlayacaq, Saxarov prospektində isə mitinq keçiriləcək.
İctimai asaişin qorunmasına 7 minə yaxın təhlükəsizlik qüvvəsi cəlb edilib.
Polis təxribatların mümkünlüyünü istisna etmir, xüsusilə də “Avroasiya gənclər birliyi” tərəfindən.
AzadlıqRadiosunun rus xidməti saytında Moskva mitinqini canlı yayımlayacaq.