Keçid linkləri

2024, 26 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 07:50

Afaq Bəşirqızı əməliyyat olunacaq (Yenilənib)


Afaq Bəşirqızı
Afaq Bəşirqızı
-

Azərbaycanın xalq artisti, Musiqili Komediya Teatrının aktrisası Afaq Bəşirqızı ürəyindən cərrahiyyə əməliyyatı olunacaq.

Bu barədə APA-ya məlumat verən sənətkarın oğlu Səmral Təhməzov deyib ki, cərrahiyyə əməliyyatı sentyabrın 26-da saat 09:00 üçün nəzərdə tutulur. Aktrisaya ürək-damar çatışmazlığı diaqnozu qoyulub.

Xalq artistinin ürəyində əməliyyatı ürək-damar cərrahı, tibb elmləri namizədi Rəşad Mahmudov həyata keçirəcək. S. Təhməzov bildirib ki, hazırda Afaq Bəşirqızı əməliyyata hazırlanır: “İnşallah hər şeyin yaxşı olacağına inanırıq”.

***

Dövlət Musiqili Dram Teatrı xalq artisti Afaq Bəşirqızının səhhətiylə bağlı açıqlama yayıb.

Afaq xanımın sağlıq durumu ilə bağlı teatra saysız telefon zənglərini və çoxminli tamaşaçıların aktrisadan narahatlığını nəzərə alan teatrın mətbuat xidməti aktrisanın doğrudan da “Yeddi məhbusə anası” tamaşasından sonra özünü yaxşı hiss etmədiyini, Neftçilər Xəstəxanasına yerləşdiirldiyini və və müəyyən müddət həkim nəzarəti altında olacağını bildirib.

Xəbərdə deyilir ki, həkimlər 57 yaşlı aktrisada ürək-damar çatışmazlığı aşkarlayıblar.
Hazırda xalqın sevimli sənətkarı özünü yaxşı hiss edir.

Mətbuat xidməti teatrın direktoru Əliqismət Lalayevə istinadən bildiirir ki, Afaq xanımın tamaşa zamanı halının pisləşməsi və bu səbəbdən tamaşada fasilə yaranması barədə gəzən söz-söhbətlər yanlışdır.

“Yeddi məhbusə anası” tamaşası iki hissəlidir və fasilə ilə oynanılır.

Xəbərdə vurğulanır ki, Afaq xanım özünü pis hiss etsə də, tamaşanı sona qədər yüksək sənətkarlıqla oynayıb, tamaşaçılar ona çiçək dəstələri təqdim edib, hətta şəkil çəkdiirblər.

Tamaşadan sonra Afaq xanım xəstəxanaya yerləşdirilib.

Açıqlamada Afaq xanımın səhhəti ilə maraqlanan hər kəsə, eyni zamanda onu tam qayğı ilə əhatə edən Neftçilər Xəstəxanasına minnətdarlıq ifadə olunub.
XS
SM
MD
LG