Keçid linkləri

2024, 27 Dekabr, Cümə, Bakı vaxtı 02:10

«Neçə ki, baytarlıq xidməti var, naxçıvanlılar vəbaya düçar olmayacaqlar»


Arxiv foto
Arxiv foto
-

Tənqidi jurnalistikadan, müxtəlif fikirləri əks etdirən məqalələrdən, debat və müzakirələrdən təngə gəlmisənsə, «Şərq qapısı» qəzetini oxu!


«Şərq Qapısı». 3 avqust 2012. sayı: 145 (20.550)


SƏN KİMSƏN, BAYTAR?

«Bürüyübsə hind əhlini taun, ya vəba,
İngilislərmi bunun qeydinə qalsın, əcaba?»


Əlbəttə, cavan oxucular düşünəcəklər ki, hind əhlini taun, yainki vəba xəstəliyi bürüyübsə, bunun ingilislərə nə dəxli? Elə isə internet saytlarına daxil olun. Onda öyrənəcəksiniz ki, 1949-cu ilə qədər Hindistan kimi nəhəng bir ölkə İngiltərənin müstəmləkəsi olub. Bu məsələni qoyuram bir kənara və qayıdıram o «taun», «vəba» sözlərinin üstünə. Bir neçə gün yox, bir neçə saat ərzində bir eli, bir obanı Yer üzündən silən, yox eləyən yeganə xəstəliklər var ki, adına da deyirlər «taun», «vəba». Naxçıvanlılar belə xəstəliyə, çox şükür ki, düçar olmayıblar və düçar da olmayacaqlar. Ona görə ki, nə qədər Naxçıvanda baytarlıq xidməti var, deməli taun, yainki vəba deyilən bu azar – bezar da bizim məmləkətimizə ayaq basa bilməz. Yuxarıda dediyim kimi, regionumuzda baytar, baytarlıq sistemi, baytarlıq xidməti var. Bunu da qoyuram bir kənara. İstəyirəm ki, baytar deyilən bir insan qrupunun işinin nədən ibarət olduğunun mahiyyətini oxucularımla bölüşüm...

GÜNƏŞƏ BOYLANAN BİTKİ

Şərur rayonunun tarlalarında gözoxşayan mənzərə diqqəti özünə cəlb edir. Hər tərəf tala-tala günəbaxandır. Hər biri elə bil torpaqdan cücərib çıxmış, böyüyüb boy atmış Günəşin özüdür. Günəşlə bir oynayır, bütün günü, hətta bütün ömrü ona boylanır. Elə buna görə də adını günəbaxan qoyublar.

Günəbaxan təkcə gözəllikdə deyil, gəlirdə, qazancda da bitkilərin çoxundan fərqlənir. Vaxtında suvardınmı, alağını təmizlədinmi, zəhməti yerdə qoymur. Ona görə də son illər Şərur rayonunda bir çox torpaq sahibkarları digər kənd təsərrüfatı bitkiləri ilə yanaşı, günəbaxana da xüsusi üstünlük verirlər...

Qışlaqabbas kəndində sahələrə baxdıq. Kənd bələdiyyəsinin sədri Abbas Səfərov bizi bir neçə təcrübəli təsərrüfatçı ilə tanış etdi. Onun sözlərinə görə, elə ailələr var ki, təkcə günəbaxandan 4-5 min manat gəlir götürür. Fətulla Cəfərov, Nuru Abdullayev, Məhəmməd Abuzərov və başqaları bu hesaba özlərinə yaxşı gün-güzəran qurublar...

DİGƏR MƏQALƏ BAŞLIQLARI:

- Maliyyə Nazirliyində kollegiya iclası keçirilmişdir
- Əmək bazarı: düzgün seçim, uğurlu gələcək
- Qafqazşünas alimin kitab hədiyyəsi
XS
SM
MD
LG