Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 15:36

"Küçələrə mıx səpmişəm"


Tələbələrin nümayişi
Tələbələrin nümayişi
GÜRCÜSTANDA SİYASİ MÜBARİZƏ NECƏ GEDİR?

Müxalifətin “Gürcüstan Arzusu”nun lideri Bidzina İvanishvili Kaxetiyaya seçki kampaniyasına getmişdi.
Kaxetiyanın bütün böyük şəhərlərində onu hakimiyyətin sürprizləri gözləyirdi.

Azadlıq Radiosunun gürcü xidmətinin məlumatına görə, Dedopliskaroda hakimiyyətin “Milli Hərəkatı”nın üzvləri yola mıxlar, mismarlar basdırmışdı.

Laqodexidə İvanishvilinin maşınına fişənglər atdılar.

“Gürcüstan Arzusu” fəalları məlum olduğu kimi süpürgə ilə gəzirlər. Bu, hakimiyyətdəkiləri süpürüb-atmağın simvoludur.
Müxalifətçilərin bu süpürgələri İvanishvilinin Kaxetiya səfərində kara gəldi.

Bayraqların ağacları, süpürgələr - siyasətdən uzaq seçki davalarının silahına çevrilib.

"BUNLAR BİZİM BALALARIMIZDIR"

İvanishvili Kaxetiyada deyib: “Saakaşvilinin şansı qalmayıb. 4 günə biz hər şeyi sənədləşdirəcəyik.
Sizi gənclərin hərəkətləri əsəbiləşdirməsin. Onlar bizim balalarımızdır. Baxın, biz gürcülər, necə ləyaqətlə cavab veririk”.

İvanishvili bu sözləri deyəndə hələ bilmirdi ki, Siqnakidə hakimiyyət tərəfdarları daşlarla silahlanıb onu gözləyir.
Onlar müxalifət liderinə “biabırçılıq koridoru” düzəltdilər. Yolun hər iki tərfindən müxalifətçiləri daşa basdılar, şüşələr atdılar.

Azadlıq Radiosunun məlumatına görə, burda müxalifətçilərlə hakimiyyət tərəfdarları arasında əsil dava düşdü. Yenə həmin süpürgələr, bayraqların ağacları işə düşdü.

Bütün bunlar oktyabrın 1-i Gürcüstanda parlament seçkiləri ərəfəsində baş verənlərdir.

“QAFQAZSAYAĞI TAM QƏLƏBƏ”

Britaniyalı jurnalist Tomas De Waal Azadlıq Radiosuna deyir: “Bölünmüş Gürcüstan üçün ola bilsin, ən yaxşı nəticə hakimiyyət bölgüsüdür. Bunu yəqin ki, ortada dayanan kütlə də istəyir. Belə hakimiyyət bölgüsündə müxalifət parlamentdə təmsil olunur və ölkənin idarə olunmasında iştirak edir. “

Ancaq De Waalln fikrincə, “Problem ondadır ki, hər iki tərəf Qafqazsayağı tam qələbə qazanmaq istəyir. Sübut etsin ki, kim daha igiddir, qoçaqdır. Bir-birini məhv etməyə çalışmaqdansa, onlar oturub, bir-biri ilə yola getməyin yolunu tapmalıdılar”.

Bu arada “Gürcüstan Arzusu” xəbər yayıb ki, son 3 gündə müxalifətin 64 fəalı həbs olunub. 17 müxalifətçi döyülüb.

Bu məlumata hakimiyyət heç bir reaksiya verməyib.
Hakimiyyətin də öz silahı var.

KOMPROMAT MÜHARİBƏSİ

Hakimiyyətlə müxalifət arasında kompromat müharibəsi gedir.

Müharibənin indiki mərhələsində kriminal avtoritetlərlə, “vor zakonlarla” əlaqələr gündəliyə gəlib.

Ədliyyə nazirinin müavini Tina Burcaliani jurnalistlərə bildirdi ki, Fransadadır, orda polisdən sənədləri alıb Tbilisiyə gəlir.

Fransa jandarmeriyasından alınan qısa videonu hakimiyyət bir neçə saat sonra televiziya ilə nümayiş etdirdi.

Videoda görünür ki, müxalifət liderlərindən olan Qoqa Xaindrava keçən ilin noyabrında məşhur “vor zakon” Revaz Lortkipanidzenin evinə daxil olur. İki gündən sonra isə iki çemodanla bu “qonaqpərvər” evi tərk edir.

Gürcüstanın Baş Prokuroru Murtaz Zodelava deyib ki, Fransa polisindən aldıqları məlumata görə, Xaindrava oğrubaşı Lortkipanidzedən vəd də alıb ki, Lortkipanidze canlı qüvvə və silah verəcək.

Maraqlıdır ki, münaqişələrin həlli üzrə keçmiş nazir Xaindrava siyasətdə aktiv iştirak eləmir. Ancaq hakimiyyəti sərt tənqid edir.

Müxalifətdən Tina Xidaşeli isə deyir ki, onun namizədliyinin irəli sürüldüyü dairədə hakimiyyət nümayəndəsi krimanal aləmin tanınmış nümayəndəsi ilə əlaqələrini gizlətmək də istəmir.

VİDEOLAR

Son günlər Daxili İşlər nazirliyi dalbadal videolar nümayiş etdirir.
Orda İvanishvili tərəfdarları polisə rüşvət təklif edirlər ki, pozuntular haqda öz etiraflarını bildirsinlər və yaxud hakimiyyət nümayəndələrinin nə ilə məşğul olduğuna casusluq etsinlər.

Bir videoda məmura böyük pul təklif olunur ki, müxalifətin mitinqində çıxıb, etiraf etsin.

Hakimlərə təklif olunur ki, məhkəmə qəraraını yuxarıların əmri ilə verdiklərini etiraf etsinlər.
Ordu zabitləri etiraf etsinlər ki, əsgərlərə işgəncə verilir.

Ancaq bu videolarda müxalifət fəalları həqiqdirmi? Buna böyük şübhələr var.

Prezident Saakaşvilinin “Milli Hərəkatı”nın liderlərindən olan Qoka Qabaşvili bu videolara istinadən bütün bunların günahını milyarder İvanishvilidə gördüyünü deyir.
“pulun sayəsində dövlət strukturlarını, məmurları gözdən salmağa, onları cinayətə təhrik etməyə cəhd olunur”.

20 yaşlı hüquq fakultəsinin tələbəsi deyir ki, seçkidən sonra Gürcüsatnın həyatını təsəvvür edə bilmir.
O müxalifətin tərəfdarı deyil. Ancaq hakimiyyətin də “bazar” açdığını bildirir.

Gürcüstanda 1 oktyabr seçkilərində iki əsas qüvvə var. Hakimiyyətin “Milli Hərəkatı” və müxalifətin “Gürcüstan Arzusu”.

Rəy sorğularına görə "Milli Hərəkata" 30 faizdən çox, "Gürcüstan Arzusuna" 20 faizə qədər səs verilməlidir. Ancaq təxminən 40 faiz seçici hələ öz mövqeyini müəyyənləşdirməyib.
XS
SM
MD
LG