Keçid linkləri

2024, 24 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 06:28

Hələbdə şiddətli döyüşlər gedir


Hələb uğrunda döyüşlərdə həlledici mərhələ başlayıb.

Bunu Suriya üsyançıları bildiriblər. Hələbdə üsyançılarla hökumət qoşunları arasında döyüşlər bir neçə aydır davam edir.

Üsyançıların komandanlığından verilən məlumata görə, dünən Hələbin 14 rayonunda şiddətli döyüşlər gedib. Bu məlumat digər mənbələr təsdiqləməyib.

BMT-nin qaçqınlar üzrə komisarlığının məlumatına görə, ilin axırına qədər Suriyanı 700 min adam tərk edə bilər.

Hazırda Suriyadan qonşu ölkəyə qaçanların sayı 300 mini keçib.
XS
SM
MD
LG