-
«Yeni Müsavat» qəzeti 3 oktyabr sayında Prezident Administrasiyasının ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənovla müsahibə dərc edib.
Əli Həsənov İctimai Palatanın deputat Gülər Əhmədovanın rüşvət istəməsi iddiası ilə ortaya atılan videonu əsas götürərək parlamentin buraxılması, yeni seçki keçirilməsi tələbinə belə reaksiya verib:
«İctimai Palata gecə yatır, yuxusunda bir şey görür, səhər onu cəmiyyətə açıqlayır».
Əli Həsənov Gürcüstanda keçirilən seçki ilə bağlı sualı da cavablandırıb:
«Bizdə ondan da yaxşı seçki olacaq, buna əmin ola bilərsiniz».
«Yeni Azərbaycan» qəzeti də Gülər Əhmədova ilə bağlı yayılmış videoya münasibət öyrənib. Deputat Bəxtiyar Əliyev bildirib ki, məlum məsələyə verilən rəsmi reaksiya hər kəsin qanun qarşısında bərabər olduğunu göstərdi:
«Təəssüflər olsun ki, anti-Azərbaycan mövqeyində dayanan bəzi qərəzli daxili və xarici qüvvələr Gülər Əhmədova və fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetin keçmiş rektoru Elşad Abdullayevlə bağlı videomaterialdan hakimiyyətə qarşı təzyiq və şantaj vasitəsi kimi istifadə etməyə çalışmaqdadırlar. Əlbəttə ki, bu, qərəzli və məkrli yanaşmadır».
«Azadlıq» qəzeti köşə yazarı Natiq Güləhmədoğlunun «Dərslikdən çıxarılan şeirdəki sirr» sərlövhəli məqaləsini dərc edib.
Müəllif yazır ki, Leyla Əliyevanın şeirinin dərsliyə yol tapdığı bir vaxtda o, dərslikdən çıxarılan şeirlərə diqqəti cəlb etmək istəyir:
«Hələ sovet dövründə dərsliyə düşən, Heydər Əliyev zamanında da «Ədəbiyyat» dərsliklərində qalan bir şeir vardı. Bu, Qasım bəy Zakirin Qarabağ xanı Cəfərqulu xana həsr etdiyi şeir idi. Şeir İlham Əliyev hakimiyyətə gələn kimi YAP-çı deputat Nizami Cəfərovun müəlliflik etdiyi dərslikdən çıxarıldı. Bəs bu şeirin it-bata salınmasının səbəbi nədir? Nə vaxta qədər Nizami Cəfərov bu sirrə aydınlıq gətirmək istəməyəcək, mən öz şübhələrimdə qalacağam. Şübhələrim isə aşağıda təqdim etdiyim misra ilə bağlıdır:
Qüttaüt-təriqin işləyib nəqşi,
Rəhzənlərə vardır xudanın bəxşi;
Vilayəti viran eylədi yaxşi,
Bir qafili-piyan, bir mayili-kart»