Keçid linkləri

2024, 25 Dekabr, çərşənbə, Bakı vaxtı 10:25

Vəkil müstəntiqi tapa bilmir


Osman Kazımov
Osman Kazımov
-
«Bizim yol» qəzetinə müsahibəsində hüquqşünas Əyyub Kərim deyir ki, Zakir Qaralov ABU-nu korrupsiyada ittiham edəndə, bilmir ki, əmisi Zahid Qaralov da həmin universitetdə işləyib.

Əyyub Kərim bir çox akademik, professor və deputatların adını çəkir:

«...hamısı bu gün korrupsiyada ittiham olunan Elşad Abdullayevin universitetində çalışıb və onu müdafiə edib. Bu adamların hamısının Elşad Abdullayevin etdiklərinə ortaqlıqları var».

VƏKİL MÜSTƏNTİQİ TAPA BİLMİR?

«Yeni Müsavat» qəzeti yazır ki, «Nigar Yaqublunun vəkili müstəntiqi tapa bilmir». Qəzetə müsahibəsində vəkil Osman Kazımov deyib ki, o, müstəntiqlə sonuncu dəfə danışanda, ona istintaqı 2-ci günə yekunlaşdırıb məhkəməyə göndərəcəyinin deyibmiş.

«Amma son bir neçə gündür o, telefon zənglərimə cavab vermir. Onu tapa bilmirəm», - deyə vəkil bildirib.

«GÜLƏR ƏHMƏDOVA 5 SAATLIQ SÖHBƏTDƏ DAHA NƏLƏRDƏN DANIŞIB?»

«Azadlıq» qəzeti yazır ki, «Söhbət zamanı İlham Əliyevlə Kəmaləddin Heydərovun da adı çəkilib».

Qəzet xatırladır ki, Azərbaycan Beynəlxalq Universitetin rektoru Elşad Abdullayev Gülər Əhmədova ilə bağlı video yayandan sonra bildirmişdi ki, Gülər Əhmədova ilə yaydığı video 5 saatlıq söhbətin kiçik bir hissəsidir:

«Görüşdə həmçinin hələ seçkidən xeyli əvvəl konkret siyahı müəyyənləşdirildiyi, kimin hansı dairədən namizəd olacağına qərar verildiyi qeyd edilib. İlham Əliyev, Ramiz Mehdiyev, Kəmaləddin Heydərov və digərlərinin hər birinin deputatlarının ayrıca siyahısı olduğu vurğulanıb. Söhbət əsnasında, hətta sabiq iqtisadi inkişaf naziri Fərhad Əliyevin də adı çəkilib. Qeyd olunub ki, Fərhad Əliyev həbsdə olsa da, siyahıda onun da adamlarının adı var».

«Yeni Azərbaycan» qəzeti İsa Qəmbərlə Əli Kərimli arasında savaşın yeni mərhələyə qədəm qoyduğunu yazır.

Qəzetə görə, indi «keçmiş müttəfiqlər Klassik Xalq Cəbhəsi Partiyasını ələ keçirmək üçün mübarizəyə başlayıblar».
XS
SM
MD
LG