Keçid linkləri

2025, 02 Yanvar, Cümə axşamı, Bakı vaxtı 19:03

Azərbaycan dilinin inkişafı ilə bağlı Dövlət Proqramının layihəsi hökumətə təqdim olunub


Kamal Abdulla
Kamal Abdulla
-
AMEA-nın işçi qrupu «Dilçiliyin inkişafına dair Dövlət Proqramı»nın layihəsini Nazirlər Kabinetinə təqdim edib.

Trend-in məlumatına görə, bu barədə jurnalistlərə açıqlamasında işçi qrupunun rəhbəri Kamal Abdulla bildirib.

O qeyd edib ki, layihənin hazırlanmasında dilçilər, AMEA-nın nümayəndələri, həmçinin Azərbaycanın bir çox siyasi, təsərrüfat strukturlarının əməkdaşları iştirak ediblər.

«Hesab edirəm ki, layihə qloballaşma şəraitində Azərbaycan dilinin işlənməsi və tətbiqi məsələlərini geniş şəkildə özündə əks etdirir», - K.Abdulla deyib.

Onun fikrincə, qeyd olunan Dövlət Proqramında elə maddələr var ki, uzun müddətə ardıcıl olaraq həyata keçirilməlidir.

Azərbaycan Prezidentinin imzaladığı sərəncama görə, Azərbaycan dilinin inkişafına dair Dövlət Proqramının layihəsi oktyabrın 1-dək Nazirlər Kabinetinə, noyabrın 1-dək ölkə Prezidentinə təqdim edilməlidir.
XS
SM
MD
LG