Pakistanda pilotsuz təyyarələrinin vaxtaşırı ölkə ərazisini vurmasına etiraz olaraq yürüşə çıxan aksiyaçılar son məntəqəyə çatmaya bilərlər.
Məlumatlara görə naməlum adamlar qəsdən Tank rayonundan Cənubi Vəziristandakı
Xayber-Paxtunxva əyalətinə gedən yeganə yolu bağlayıb.
Qeyd edək ki, İslamabaddan Cənubi Vəziristana nəzərdə tutulan yürüşü pakistanlı siyasətçi və keçmiş məşhur kriketçi İmran Khan təşkil edib.
Aksiyada məqsəd ABŞ-ın pilotsuz təyyarələrinin Pakistan ərazisində keçirdiyi bu cür reydlər zamanı dinc sakinlər arasında itkilərə etiraz etmək, məsələyə diqqət yönəltməkdir.
Aksiyaçıların arasında ABŞ vətəndaşları da var.
Yerli hakimiyyət ehtiyat edir ki, yaraqlılar yürüşçülərə hücum edə bilər.
Pakistan bu cür əməıliyyatlara suverenliyinin pozulması kimi baxır.
Vaşinqton isə hədəvin bölgədə fəaliyyət göstərən yaraqlılar olduğunu deyir.