Keçid linkləri

2024, 26 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 05:58

85-ci — yubiley «Oskar»ında kimlər və nələr olacaq?


Foto: Arxiv
Foto: Arxiv
-
Amerika Kino Akademiyasının nüfuzlu «Oskar» Mükafatının təşkilatçıları bu il xarici film nominasiyasında «Oskar»a 71 ölkədən film təqdim olunduğunu bildiriblər.

Dünyanın əksər xarici ölkə mediasının yazdığına görə, təşkilatçılar bu qədər filmin təqdimatını bir rekord kimi qiymətləndiriblər.

Filmlər arasında Avstriyadan Michael Haneke-nin «Amour»' filmi və Cristian Mungıu-nun «Dupa Dealuri» filmlərinin də yer aldığı xəbər verilir.

Bu il baş rollarını Emmanuelle Riva ve Jean-Louis Trintignant-ın paylaşdığı «Amor» filmi Cannes Film Festivalında «Qızıl Palma» mükafatına, «Dupa Dealuri» filmi isə həmin festivalda mükafata layiq görülmüşdü.

Bu il ilk dəfə Kenyadan David 'Tosh' Gitonga-nın «Nairobi Half Life» filmi də mükafata təqdim olunub.

Türkiyədən Ismail Güneş-in «Where the Fire Burns» filmi də xarici film nominasiyasında yarışacaq.

71 xarici filmin siyahısında Rusiyadan «White Tiger» (Karen Shakhnazarov), Ermənistandan «'If Only Everyone» (Nataliya Belyauskene), Azərbaycandan «Buta» (İlqar Nəcəf) filmi də yer alıb.

İran bu il «Oskar»ı boykot etmə qərarı alıb.

«Oskar»a 24 kateqoriyada nominantlar 2013-cü il yanvarın 10-da elan olunacaq.

Təntənəli təqdimetmə mərasimi isə fevralın 24-də Los Anceles Hollywood and Highland Center –də gerçəkləşdiriləcək.

85-ci--yubiley mərasimini məşhur komediya ustası –rejissor və aktyor Seth MacFarlen aparacaq.
XS
SM
MD
LG