Keçid linkləri

2024, 26 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 05:58

«Ana qaz» kimləri sevindirəcək?


Dövlət Gənc Tamaşaçılar Teatrı
Dövlət Gənc Tamaşaçılar Teatrı
-
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında «Biz teatrı sevirik» layihəsi çərçivəsində Xalq şairi Rəsul Rzanın «Ana qaz» tamaşası nümayiş etdiriləcək.

Xəbəri AzadlıqRadiosuna teatrın mətbuat xidməti verib.

Oktyabrın 12-də axşam saat 17.00-də göstəriləcək tamaşaya teatrın kollektivi, Azərbaycan Universiteti, Azərbaycan İctimai-Siyasi Universiteti, Dünya Azərbaycanlıları Mədəniyyət Mərkəzinin «Bura Vətəndir» məclisinin nümayəndələri ilə yanaşı, valideyn himayəsindən məhrum uşaqlar və aztəminatlı ailələrin övladları tamaşa edəcəklər.

Xəbərdə deyilir ki, Azərbaycan Memarlıq və İnşaat Universitetinin müəllimi, «Kitab evi» İctimai Birliyinin sədri yazıçı, publisist Salatın Əhmədli artıq neçə ildir ki, valideyn himayəsindən məhrum və aztəminatlı ailələrin övladlarına təmənnasız olaraq öz vəsaiti hesabına biletlər təqdim edir, onlara sevinc bəxş edir.

Bu günə qədər bu xeyirxah missiya Mərdəkan və Maştağada fəaliyyət göstərən təhsil müəssisələri ilə birgə həyata keçirilib. Artıq bu təhsil ocaqlarının siyahısına Suraxanıdakı 89 №-li məktəb, Bilgəhdəki müharibə və əmək veteranları üçün müalicə pansionatı da daxil edilib.

Xəbərdə vurğulanır ki, sevgini, xeyirxahlığı, mehribanlığı, qayğını təcəssüm etdirən «Ana qaz» alleqorik dramı böyük tərbiyəvi əhəmiyyətə malikdir.

Tamaşanın quruluşçu rejissoru və səhnələşdirəni Nicat Kazımov, quruluşçu rəssamı Mustafa Mustafayev, musiqi tərtibatı Fəxrəddin Dünyamalıyev, rejissor assistenti Manaf Dadaşovdur.

Səhnə əsərində rolları aktyorlar Nicat Kazımov, Kəmalə Hüseynova, Elnur Kərimov, Sevinc Mehrəliyeva, Zümrüd Quliyeva, Anar Səfiyev, Asya Atakişiyeva, Günel Məmmədova, Təhminə Məmmədova, Vüsal Mehrəliyev, Mehriban Hüseynova, Elşən Şıxəliyev, Ceyhun Məmmədov, Manaf Dadaşov canlandıracaqlar.

Teatrın mətbuat xidməti media mənsublarını da bu tamaşaya baxmağa dəvət edir.
XS
SM
MD
LG