Şəmkirin Dəllər kəndinin elə girəcəyində balaca, bir mərtəbəli binanın dəmir hasarlarına orta məktəb sözü yazılıb.
Düzü uzaqdan baxanda burada təhsil ocağının olmasını təsəvvür belə etmək çətindir.
Cərgə ilə düzülmüş, illərin təsirindən dağılmaqda olan cəmi 6 sinif otağı var. Yan tərəfində isə sonradan tikilmiş əlavə 2 otaq. Bu otaqlarda müəllimlər və məktəb direktoru oturur.
Elə məktəbə yaxınlaşanda tənəffüs zəngi çalındı. Amma əl ilə... bunun da səbəbi var. Bundan bir az sonra.
Ancaq ən təsirlisi səhnə balaca darısqal otaqlara sığışıb təhsil almaq arzusunda olan məktəblilərin iki nəfərlik stulda 3 şagirdin oturması idi. Hətta bu sinif pəncərəsinin nəmlikdən aşınmış divarına qoyulmuş taxta parçası da şagirdlərin stulu kimi istifadə olunur.
«İŞIĞIMIZ YOXDUR, PARTAMIZ DA KÖHNƏDİR»
Mikrofonu görən kimi sevinən şagirdlərin səsli-küylü söhbətlərində yaxşı şəraitli məktəbdə oxumaq, şəraitli sinif otaqları arzuları da var idi...
«İstəyirik ki, təzə məktəbimiz olsun. Məktəbimizi düzəltsinlər. Genişləndirsinlər. Sinifdə 25 nəfərik. İşığımız yoxdur. Partalarımız köhnədir».
«QIŞDA UŞAQLARIN GƏTİRDİYİ ODUNLA İSİNİRİK»
Dəllər kənd məktəbin müəllimi Nüşabə İbrahimova da danışır ki, ən az uşaq olan sinifdə 26 şagird var. Digər siniflərdə isə bəzən 36-38 şagirdə eyni vaxtda dərs verməli olurlar. O, etiraf edir ki, bu zaman dərsin keyfiyyətindən danışmağa dəyməz.
«Qışda odun sobası ilə isinirik. Odunu da uşaqlar gətirir. Ya da valideyn alır yandırırıq. Müdirə təklif etmişik. Amma Təhsil Nazirliyi eləməlidir. Divarlar bərbad gündədir. Döşəmələr, parta yoxdur, oturacaq stul yoxdur. Kompüter olsa yaxşı olardı. Tarix dərslərində istifadə edərdik».
O Kİ QALDI ZƏNGİN ƏLLƏ ÇALINMASINA...
O ki qaldı nə üçün məktəbdə fasilə zənglərinin əl ilə çalınmasına buna səbəb təhsil ocağındakı elektrik xətlərinin sıradan çıxmasıdır.
Enerji olmadığından məktəbdə ancaq 1 növbədə dərs keçilir. Qışda günün ikinci yarısı sinif otaqlarında kitab oxuyub, yazı yazmaq mümkün deyil.
1 əsrlik binadakı təhsilin çətinliklərindən məktəbin direktor müavini Seyfəddin Mirzəyev də danışır.
«180 nəfər şagird təhsil alır. Layihəsini çəkiblər, 2013-cü ildə gəlib tikməlidirlər. Təmirə ehtiyac yoxdur, sökülməlidir. Bir əsr keçib bu binanın tikintisindən. Ümumən 6 otaq var».
2013-CÜ İLDƏ ŞƏMKİRDƏ TİKİLƏCƏK MƏKTƏBLƏR SIRASINDA DƏLLƏR KƏND MƏKTƏBİ DƏ VAR
Şəmkir rayon İcra hakimiyyətinin başçısının sosial iqtisadi məsələlər üzrə müavini Mayıl Məsimov il ərzində rayonda 6 məktəb tikildiyini deyir. Onun sözlərinə görə, əsaslı təmirə ehtiyacı olan digər məktəblər isə 2013-cü ilin proqramına salınıb.
«Hazırda 6 məktəbdə təmir gedir. Bu il 4 məktəb tikilib istifadəyə verilib. Düyərli kənd 2 nömrəli orta məktəbdə 280 yerlik, 1 nömrəli orta məktəb 460 yerlik, Şeyidlər kənd orta məktəbi yeni tikilib 180 yerlik. Günəşli kənd orta məktəbi yenidən tikilib 180 yerlik. 6 məktəb də gələn ilə tikilib istifadəyə veriləcək. Xüsusi proqram tutulub gələn il ardıcıllıqla tikilib istifadəyə veriləcək».
Mayıl Məsimov əmin edir ki, gələn ilki tikinti planında Dəllər kənd orta məktəbi də var və azı 240 yerlik məktəbin tikintisi planlaşdırılır.
Bir-birini itələyərək darısqal sinifdən çıxan ağ köynəkli məktəblilərin bircə arzuları var şəraitli, geniş otaqlarda təhsil alıb, gələcəyin müəllimi, həkimi, alimi, polisi olmaq...
Son illər Azərbaycanda tikilən və təmir edilən məktəblərin sayı 2200-dən çox olub. Bunu sentyabrın 15-də Yasamal rayonunda yenidən bərpa edilən 18 saylı məktəbin açılışında prezident İlham Əliyev deyib. Prezident deyib bu proses davam edəcək və gələn ilin sonuna qədər bütün bölgələrdə əksər məktəblər təmir olunacaq.