Keçid linkləri

2024, 27 Dekabr, Cümə, Bakı vaxtı 00:19

Azərbaycanda daha bir neçə rayonun prokuroru işdən çıxarılıb


Daha bir neçə rayonun prokuroru işdən çıxarılıb.

APA-nın məlumatına görə, Ağcabədi rayon prokuroru Həsən Mirzəyev, Lerik rayon prokuroru Salman Səmədov, Saatlı rayon prokuroru Valeh Vəliyev səlahiyyət müddətlərinin başa çatması ilə əlaqədar tutduğu vəzifədən azad edilərək sərəncama götürülüblər.

Ağcabədi rayon prokurorunun vəzifəsini Ərəstun Quliyev, Lerik rayon prokurorunun vəzifəsini Natiq Abdullayev, Saatlı rayon prokurorunun vəzifəsini isə Əlimirzə Əliyev icra edir.

Bu il respublika üzrə 20-dək rayon prokurorunun səlahiyyət müddəti başa çatır. Bundan əvvəl Sabirabad rayon prokuroru Seyfulla Aslanov, Şamaxı rayon prokuroru Füzuli Musayev, Oğuz rayon prokuroru Afər Nəsirov və Balakən rayon prokuroru Vəli Əhmədov səlahiyyət müddətlərinin başa çatması ilə əlaqədar tutduqları vəzifədən azad ediliblər.

Ağdaş rayon prokuroru Mirələkbər Seyidov Baş Prokurorluq üzrə müvafiq əmrlərin tələblərinin kobud pozulması hallarına yol verdiyinə görə tutduğu vəzifədən kənarlaşdırılıb.

Şamaxı rayonunun sabiq prokuroru Füzuli Musayev Lənkəran rayon prokurorunun köməkçisi, Oğuz rayonunun sabiq prokuroru Afər Nəsirov Yevlax rayon prokurorunun köməkçisi, Sabirabad rayonunun sabiq prokuroru Seyfulla Aslanov isə Baş Prokurorluqda idarə prokuroru təyin edilib.
XS
SM
MD
LG