Keçid linkləri

2024, 23 Noyabr, şənbə, Bakı vaxtı 05:20

20 oktyabr etirazları həbslərlə nəticələndi

Oktyabrın 20-də Bakıda etiraz aksiyası keçirmək istəüyən gənclərin cəhdləri kütləvi həbslərlə nəticələndi. Fəvvarələr Meydanı və Müsavat partiyasının qərargahı polis nəzarətinə götürülmüşdü. Özünü təqdim etməyən mülki geyimli şəxslər müxalifətçilər arasında həbslər aparırdı. Günün sonunda həbs olunanlar haqda məhkəmə hökmləri çıxarıldl. Hadisələrin gedişini izləyən müxbirlərimiz Bakının müxtəlif nöqtələrindən xəbər verirdilər. Bu xəbərləri oxumaqla, foto və videolara baxmaqla 20oktyabr etirazları haqda özündə tam təsəvvür yarada bilərsən. Səndə də maraqlı xəbər, foto və ya video varsa, bizimlə bölüşməyi unutma

21:09 20.10.2012
SAXLANANLAR İKİ MƏHKƏMƏYƏ APARILIB

Bu günkü aksiyada saxlananlardan AXCP sədrinin müavinləri Gözəl Bayramlı, Asəf Quliyev, Azad Gənclik Təşkilatının sədri Ülvi Həsənli, AXCP sədrinin mühafizəçisi Bəhruz Həsənov, AXCP Gənclər Komitəsinin sədri Əbülfəz Qurbanlı və AXCP üzvü Dəyanət Babayev Səbail rayon məhkəməsinə aparılıb. Hazırda proses gedir.
Your browser does not support iframes.
Müsavat Gənclər Təşkilatının sədri Tural Abbaslı, müavinləri Əhəd Məmmədli, Rüfət Hacıbəyli, Müsavat Partiyasının Məclis üzvü Mustafa Hacıbəyli və «Yeni Müsavat» qəzetinin hüquqşünası Vaqif Hacıbəyli Binəqədi rayon Məhkəməsinə aparılır.

Müsavat Partiyasının Sumqayıt şəhər təşkilatının sədri Fəxrəddin Abbas səhər saat 08:00 radələrində saxlanılıb. Onun harada olduğuna dair heç bir məlumat yoxdur.
19:54 20.10.2012
BİR NEÇƏ NƏFƏRƏ HƏBS CƏZASI VERİLDİ

Məhkəmə AXCP-nin Cəlilabad rayon təşkilatının sədri Təzəxan Mirələmli haqqında 8 sutka, Suraxanı rayon təşkilatının sədri Vaqif Xalıqov haqqında isə 10 sutka həbs cəzası seçib.

Cəbhəçi qadınlar Zərifə MəhtəddinovaAfina Əliyeva isə 7 manat cərimə olunaraq sərbəst buraxılıblar.

NİDA Gənclər Təşkilatının üzvləri Ümid XəzərXətai Qafarlı da sərbəst buraxılıblar.

Binəqədi və Səbail rayon məhkəmələrində saxlananlarla bağlı proses davam edir.

Müsavatçı Mehman Kərimli hazırda Binəqədi rayon Polis İdarəsinin 5-ci bölməsindədir.

Müsavatçı AzadlıqRadiosuna bölmədə onunla bərabər daha 17 nəfərin saxlandığını deyib. Kərimli saxlanarkən kamerasının əlindən alındığını da bildirib. Kamera ona hələlik qaytarılmayıb.
19:25 20.10.2012
3 NƏFƏR CƏRİMƏLƏNƏRƏK BURAXILDI

Polisin oktyabrın 20-də saxladığı Müsavat üzvlərindən Qubad İbadoğlu, Gülağa AslanlıArzu Səmədbəyli hər biri 25 manat cərimə olunaraq sərbəst buraxılıb.

Hər üç şəxs Müsavat qərargahından çıxanda saxlanılmışdı.
18:40 20.10.2012
DİN SAXLANANLARLA BAĞLI MƏLUMAT VERMƏYƏCƏK

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Ehsan Zahidov AzadlıqRadiosuna 20 oktyabr aksiyası ilə bağlı nazirliyin açıqlamasının olmayacağını deyib. O, aksiya zamanı saxlananların sayı barədə də hər hansı məlumat verməyib.

Adətən bütün kütləvi aksiyalardan sonra nazirlik saxlananlar və barəsində inzibati tədbir seçilənlərlə bağlı açıqlama yayırdı.

20 oktyabr aksiyasında iştirak edən siyasi partiyaların gənclər təşkilatları və fəallar saxlananların onlarla olduğunu bildirirlər.

AXCP-dən AzadlıqRadiosuna verilən məlumata görə, 20 oktyabr aksiyasında 55 nəfər saxlanıb.

Onlardan 20-i buraxılsa da, yerdə qalanlar haqda DİN-dən hər hansı məlumat ala bilməyiblər. «Onları məhkəməyə aparacaqlar ya yox hələ bilmirik».

Müsavat Partiyasının mətbuat xidmətindən isə söylədilər ki, saxlananlarla bağlı məlumatlar hələlik dəqiqləşdirilir. Amma təxmini hesablamalara görə, onların sayı 50 nəfərə yaxındır. Müsavatçılardan hələlik 2-si buraxılıb: Rauf MəmmədovElçin Cərulla.

NİDA gənclər hərəkatı da 3 üzvünün saxlandığını bildirir.

Davamı

XS
SM
MD
LG