-
Şəmkirin Qaracəmirli kənd sakini Arzu Süleymanov «Qaynar xətt»ə susuzluqdan şikayət edib. Deyir 1 ildən artıqdır ki, bir içim suya həsrətdilər. Bir neçə məhəllə aralıda qonşular yığışıb artezian quyusu qazıblar. Ancaq qonşular həmin quyudan onların məhəlləsinə su vermir:

«VƏZİYYƏTİMİZİ GÖRSƏNİZ DƏHŞƏTƏ GƏLƏRSİNİZ»
Arzu Süleymanov:
«Həmin quyu təqribən bizdən 300 metr aralıdadır. Ancaq qonşular deyirlər ki, bu quyunu öz vəsaitimizlə qazmışıq. Ona görə də bizə ordan su vermirlər. Vəziyyətimizi görsəniz dəhşətə gələrsiniz. Bir azdan antisanitariya üzündən bizim küçədə yoluxucu xəstəlik yayılmasa yaxşıdır. Bir yerdə ki aylarla ayaqyoluna tökməyə su tapılmır, oranın vəziyyəti necə ola bilər sizcə?»
Qaracəmirli kənd bələdiyyəsindən «Qaynar xətt»ə bildirilib ki, Arzu Süleymanovun yaşadığı ərazidə başqa artezian quyusu var. Susuz qalan qonşular yığışıb həmin quyudan öz həyətlərinə su çəkə bilərlər.
Ancaq Arzu Süleymanov deyir ki, deyilən ərazidən yaşadıqları yerə su çəkmək elə quyu qazmaq qiymətinə başa gəlir:
«O quyu ilə bizim aramızda 1500 metr ara var. Ordan su çəkmək ən azı 3 min manat xərc aparır. Elə imkanımız olsaydı quyu qazardıq».
Yazı sayta qoyularkən Arzu Süleymanov «Qaynar xətt»ə zəng vuraraq kənd bələdiyyəsinin nümayəndələrinin onların yaşadıqları ünvana gəldiklərini və su problemi ilə maraqlandıqlarını bildirdi. Onun deməsinə görə, kənd bələdiyyəsinin nümayəndələri yaxın vaxtlarda su problemini həll edəcəklərini vəd ediblər.