Keçid linkləri

2024, 08 Sentyabr, bazar, Bakı vaxtı 04:30

BBC-nin rəhbəri pedofiliya qalmqalına görə parlamentdə ifadə verəcək


BBC-nin Baş Direktoru George Entwistle parlamentdə ölkənin ən məşhur şoumenlərindən Jimmy Savile haqda verilişi nəyə görə yayımlamadığına görə cavab verməli olacaq. Polis iddia edir ki, Saville 60 il ərzində 200-dən çox azyaşlı uşaqla əlaqədə olub.

"Newsnight" verilişinin redaktoru Peter Rippon isə Savile haqda pedofiliya- uşaqbazlıq ittihamlarının yer aldığı proqramın BBC rəhbərliyi tərəfindən yayımlanmadığını bildirmişdi. Ancaq BBC bildirir ki, iddialar yalandır və Rippon özü vəzifəsindən istefa verib.

Bazar ertəsi gecə BBC Savile haqda qalmqallı ittihamların yer aldığı verilişi yayımlamışdı. Britaniyanın Baş naziri David Cameron baş verənlərdən dəhşətə gəldiyini bildirmişdi.

Savile ötən il 84 yaşında vəfat edib.
XS
SM
MD
LG