Keçid linkləri

2024, 27 Dekabr, Cümə, Bakı vaxtı 03:48

Gürcüstanın separatçı bölgələrlə bağlı mövqeyi dəyişməyəcək


Gürcüstanın separatçı bölgələr – Cənubi Osetiya və Abxaziya ilə bağlı mövqeyi dəyişməz qalacaq. Gürcüstanın yeni Xarici İşlər naziri olması gözlənilən Maya Panjikidze oktyabrın 23-də parlamentdə belə deyib.

Onun sözlərinə görə, yeni hökumətin prioritetlərindən biri Rusiya il əlaqələrin yaxşılaşdırılması olacaq. Ancaq o əlavə edib ki, “Rusiyanın separatçı bölgələri tanıdığı və orda səfirliklər saxladığı bir dövrdə Tbilisi və Moskva arasında diplomatik münasibətlərin bərpası mümkünsüzdür”.

Oktyabrın 1-dəki parlament seçkilərində qalib gələn Bidzina İvanishvili Panjikidzeni Xarici İşlər naziri postuna namizədliyini irəli sürüb.
XS
SM
MD
LG