Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 11:29

BBC-nin şoumeni 200 uşağa qarşı təcavüzdə suçlanır


Jimmy Savile
Jimmy Savile
-

Britaniya polisi iddia edir ki, BBC-nin məşhur şoumeni Jimmy Saville 60 il ərzində 200-dən çox azyaşlı uşağa cinsi təcavüz edib.

Onun aparıcısı olduğu “Jim'll Fix It” (Cimmi düzəldəcək) uşaq proqramı uzun müddət populyar olub.

Uşaqlar proqrama məktub yazar, arzusunu bildirər, aparıcı da hər proqramda o arzuları həyata keçirərək onları sevindirərdi.

Pedofiliya ittihamları ilə bağlı qalmaqal o qədər böyüyüb ki, BBC-nin baş direktoru George Entwistle parlamentdə millət vəkillərinin çətin suallarına cavab verməli olub.

O deyib ki, məsələnin nə dərəcədə ağır olduğunu, qalmaqalın BBC-nin imicinə ziyan vura biləcəyini anlayır və buna görə də rəhbərlik etdiyi təşkilat istintaqla əməkdaşlıq edir və məsələ ictimailəşəndən bəri xeyli iş görüb.

Bu işlərdən biri kimi bazar ertəsi BBC-nin “Panorama” proqramında Saville haqda ittihamlar barədə nəhayət ki ətraflı danışılmasını göstərmək olar.

Bundan əvvəl BBC-nin "Newsnight" verilişinin redaktoru Peter Rippon bildirmişdi ki, Savile haqda pedofiliya ittihamlarının ilk dəfə yer aldığı proqram bu ilin əvvəlində “qayçılanıb” və bunun arxasında BBC rəhbərliyi dayanıb.

Ancaq “Panorama” proqramında BBC rəhbərliyinə istinadla bildirilib ki, iddialar “yanlışdır və Rippon qarşılıqlı anlaşma şəraitində vəzifəsindən istefa verməyə razılaşıb”.

Britaniyanın baş naziri David Cameron xalqın bu qalmaqaldan dəhşətə gəldiyini bildirib.

Savile ötən il 84 yaşında vəfat edib.

Sağlığında kimsə onu uşaqbazlıqda ittiham etməmişdi.

1990-cı ildə kraliça xeyriyyəçilik fəaliyyətinə görə ona “ser” titulu da vermişdi.
XS
SM
MD
LG