Gürcüstan prezidenti Mixeil Saakashvili Tsotne Gamsakhurdia-nı əfv edib. O, Gürcüstanın ilk prezidenti Zviad Gamsakhurdia-nın oğludur.
Tsotne Gamsakhurdia 3 il əvvəl sui-qəsd cəhdində və qanunsuz silah saxlamaqda ittiham olunaraq 10 ildən artıq müddətdə azadlıqdan məhrum edilmişdi.
Gamsakhurdia isə özünü siyasi repressiya qurbanı sayırdı.