-
Bu günlərdə Kəngərli rayon Təhsil Şöbəsinin müdiri İbrahim Hüseynquliyev vəzifəsindən kənarlaşdırılıb. Şöbə müdiri ilə yanaşı, rayonun Xok, Qabıllı və Xıncab kənd orta məktəblərinin direktorları da tutduqları vəzifələrdən azad olunublar.
Bu haqda AzadlıqRadiosuna rayonun bir qrup müəllimi məlumat verib.
Adlarının açıqlanmasını istəməyən müəllimlərin bildirdiyinə görə, şöbə müdirinin və üç direktorun eyni vaxta işdən çıxarılmasına rayonda təhsil göstəricisinin ötən ilə nisbətən kəskin aşağı düşməsi səbəb olub. Həmin göstərici isə ali məktəblərə keçirilən qəbul imtahanlarında toplanan ballara görə hesablanır.
ŞAGİRDLƏRİN «TRANSFER»İNDƏ MƏQSƏD NƏDİR?
Müəllimlərin bildirdiyinə görə, muxtar respublikada təhsilin səviyyəsinin yuxarı olduğunu göstərmək üçün hər il orta məktəblərin 11-ci siniflərinə Azərbaycanın digər bölgələrindən savadlı şagirdlər köçürülür. Həmin şagirdlər «transfer olunmuş şagirdlər» adlanırlar. Onlar deyir ki, «transfer olunmuş şagird»ləri tapmaq vəzifəsi muxtar respublikadakı rayonların təhsil şöbələrinin müdirlərinin və orta məktəb direktorlarının üzərinə düşür. Müəllimlərin bildirdiyinə görə, «transfer olunmuş şagird»lər elə seçilməlidir ki, ali məktəblərə keçirilən imtahanlarda yüksək bal toplayaraq köçürüldükləri rayonun təhsil göstəricisini yuxarı qaldırsınlar. Onlar deyir ki, hər orta məktəb üzrə 4-5 belə şagird paylanılır və həmin şagirdlər Naxçıvana gəlmədən də təhsillərini davam etdirə bilirlər. «Transfer olunan şagird»lərin adları yalnız dərs ilinin sonunda jurnallara salınır, daha sonra isə onlara attestat verilir.
Adlarının çəkilməsini istəməyən müəllimlər deyir ki, 2011-1012 tədris ilində Kəngərli rayonunun orta məktəblərinə köçürülən şagirdlərin əksəriyyəti özlərini doğrultmayaraq bu il ali məktəblərə keçirilən imtahanlarda aşağı nəticə göstəriblər. Onların bildirdiyinə görə, elə rayon Təhsil Şöbəsinin müdirinin işdən çıxarılmasına səbəb də bu, olub.
«BURADA NƏ SAXTAKARLIQ OLA BİLƏR?»
Bu deyilənlərə münasibət öyrənmək üçün Azərbaycan Respublikası Təhsil Nazirliyi ilə əlaqə saxladıq. Nazirliyin icra katibinin müavini Nəzakət Hacıyeva şagirdlərin bir məktəbdən digər məktəbə köçürülməsinin qanundankənar olmadığını bildirdi:
- Burada nə saxtakarlıq ola bilər? Şagirdlərin digər məktəblərə köçürülməsi daxili əsasnamə ilə tənzimlənir.
- Bildiyimə görə 11-ci sinifdən köçürmə etmək qadağandır.
- Nazirin əmri var, yalnız müstəsna hallarda 11-ci sinifdən köçürülmə edilə bilər.
Nəzakət Hacıyeva digər suallara aydınlıq gətirmək üçün Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi ilə əlaqə saxlamağımızı məsləhət gördü.
«SİZƏ BİZ MƏLUMAT VERMƏLİYİK Kİ?»
Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin şöbə müdiri Firudin Zamanov isə nə İbrahim Hüseynquliyevin işdən çıxarılmasına, nə də ki, «transfer olunan şagird»lər məsələsinə aydınlıq gətirmək istədi:
«Sizə biz məlumat verməliyik ki? Biz bilmirik. Bu haqda məlumat verə bilmərik».
«BİR AZ SƏHHƏTİM XARABDIR»
Kəngərli rayon Təhsil Şöbəsinin işdən çıxarıldığı bildirilən müdiri İbrahim Hüseynquliyevlə də əlaqə saxladıq. O, deyilənlərin yalan olduğunu, işdən isə öz ərizəsi əsasında çıxdığını bildirdi:
«Öz ərizəmlə çıxmışam. Məni çıxarıb eləməyiblər. Bir az səhhətim xarabdır. Baxdım işləyə bilmirəm, 53 yaşım var, həm də əməliyyat olunmuşam. 25 ildir işləyirdim. Gördüm ki, davam eləyə bilmirəm. Bəsdir, nə qədər işləmək olar?».
«UŞAQLARIN REPETİTORUN YANINA GETMƏSİ ÜÇÜN MÜXTƏLİF ÜSULLARDAN İSTİFADƏ OLUNUR»
Təhsil üzrə ekspert Əlövsət Osmanlı da qeyd edir ki, yalnız istisna hallarda şagirdləri 11-ci sinifdə digər məktəblərə keçirmək olar. Onun fikrincə, bu, 5-10 şagirddən artığına şamil edilə bilməz:
«Şagirdlərin total şəkildə Naxçıvana transfer olunması, təhsillərinin orada formal olaraq davam etdirmələri qəbulolunmazdır. Onlar oranı yalançı bitirmiş hesab olunurlar. Yüksək bal toplamaqla oranın başını «uca» edirlər. Bu cür transferlər hər iki tərəfə sərf edir. Azərbaycanda uşaqların repetitorun yanına getmələri üçün müxtəlif üsullardan istifadə olunur. Bu üsullardan biri də budur ki, onların adını Naxçıvan kimi ucqar rayonların məktəblərinə yazdırırlar, dərsə getmirlər, repetitor yanına gedirlər. Şagird bir cür qazanır ki, məktəbə getməməsinə görə ona söz deyilmir. Məktəb də bu şagirdlərin hesabına öz nüfuzunu artırır».
İBRAHİM HÜSEYNQULİYEV TƏRƏQQİ ORDENİ ALIBMIŞ...
2010-2011-ci təhsil ilində rəhbərlik etdiyi şöbənin qazandığı uğurlara görə isə İbrahim Hüseynquliyev tərəqqi medalına layiq görülmüşdür. Həmin il Kəngərli rayonunun orta məktəblərini 274 şagird bitirib. Onlardan 177 nəfəri ali məktəblərə qəbul imtahanlarında iştirak edib. İştirakçıların qəbul imtahanlarında topladıqları orta bal 216 olub. 72 nəfər isə məzun adını qazanıb. Həmin il rayondakı iki orta məktəb respublika üzrə ən yaxşı məktəblər sırasına daxil edilib. Bu il isə göstəricilərin kəskin aşağı düşdüyü bildirilir.