-
ABŞ-da noyabrın 6-da keçiriləcək prezident seçkisi ərəfəsində indiki prezident Barack Obama il onun Respublikaçılar Partiyasından olan rəqibi Mitt Romney arasında rəqabət bu ölkədə bəzi zirək iş adamları üçün əsl qazanc mənbəyinə çevrilib.
İndi ABŞ-da üstündə prezidentliyə namizədlərin şəkilləri olan tualet kağızından tutmuş, it oyuncağına, kökələrə qədər çox şey satılır. (Ətraflı fotoqalereya mətnin sonunda verilib.)
AYAQ ALTINDA PREZİDENTLİYƏ NAMİZƏDLƏR
Ayaqqabı dükanının sahibi Brian Curin AzadlıqRadiosunun müxbirinə deyib ki, o seçkinin yaratdığı fürsəti əldən verə bilməzdi. Ona görə düşünüb-daşını namizədlərin şəkilləri olan şəp-şəp-lər sifariş verib. İndi də bir cütünü 10 dollara satır:
“Adamların çoxu kimi biz də seçkilər qabağı kampaniyalardan, çıxışlardan bezmişik. Düşündük ki, bu cür istehsalla seçki daha məzəli olar. İndiyə qədər bütün Amerika üzrə minlərlə belə şəp-şəp satmışıq”.
Brian Curin satılan hər mala görə, ABŞ büdcəsinə 1 dollar ödəməyə söz verib. O gülümsəyərək deyir ki, “əgər hökumət ölkənin borcunu necə ödəməyi bacarmırsa, onda heç olmasa, biz öz töhfəmizi verək”.
Barack Obamanın noyabrın 6-dakı seçkidə qələbəsinə əmin olan demokratlar indidən üstündə onun şəkli olan bakal ala bilərlər. Cəmi 7,99 dollara 6 bakal almaq olar. Bundan başqa, Miit Romneyin şəkli həkk olunan sabun da satılır. Üstündə də “kasıblığı yuyun getsin” yazılıb.
Mitt Romneyin cadugər formasında olan kuklaları da satışdadır. Bunları satan adam internetdə belə yazıb: “əgər bunu alanın başına təsadüfən bir iş gəlsə, buna görə mən məsuliyyət daşımıram”.
Obamanın da cadugər kuklaları satılır. Başqa bir satış şirkəti respublikaçıların Yeni il yolkası üçün üstündə Obamanın şəkli olan yolka oyuncağı satır. Oyuncağın üstündə bu sözlər yazılıb: “Obama bütün pullarımızı xərclədiyinə görə, bundan sonra bizim Santa Klausumuz Çin olacaq”.
NAMİZƏDLƏRİN ŞƏKİLLƏRİ TUALET KAĞIZINDA
Seçicilər hər bir namizədlə bağlı nifrətlərini itləri üçün oyuncaq almaqla da bildirə bilərlər. Ev itlərinin çeynəməsi üçün xüsusi Obama və Romney oyuncaqları satılır.
Bəzi saytlar üstündə Obama və Romneyin şəkilləri olan tualet kağızları da satır. wackyplanet.com saytı bu tualet kağızlarının birinə 5,95 dollar qiymət qoyub.
Vaşinqtonda yaşayan 56 yaşlı təqaüdçü Janet Goff deyir ki, bu cür tualet kağızları təhqiredici sayıla bilər:
“Belə yanaşmadan xoşum gəlmir. Baxmayaraq ki, mənim Ronmeydən zəhləm gedir, bununla belə üstündə onun şəkli olan tualet kağızını almaram. Mənim itim var. Ondansa itimə çeynəmək üçün onun şəkli olan oyuncağı alaram”.
54 yaşlı Melinda Cantrell isə deyir ki, iqtisadi vəziyyətin ağır olduğu bir vaxtda namizədlərlə bağlı nəsə almağı pul itkisi sayır.