Keçid linkləri

2024, 26 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 03:38

«Leyli və Məcnun» Kaliforniyada göstəriləcək


Leyli və Məcnun
Leyli və Məcnun
-
Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğunun təşəbbüsü ilə 2012-ci ilin noyabr ayı «Kaliforniyada Azərbaycan Muğamı Ayı» elan edilib.

Baş Konsulluqdan mediaya bildiriblər ki, ay boyunca Azərbaycanın mahir xanəndə və çalğıçılarının iştirakı ilə Kaliforniyanın ən böyük şəhərlərində silsilə muğam konsert proqramlarının keçirilməsi nəzərdə tutulub.

Noyabrın 10-da San-Fransisko şəhərində San Fransisko Dünya Musiqi Festivalı çərçivəsində nəinki Kaliforniyada, bütün ABŞ-da ilk dəfə olaraq «Leyli və Məcnun» operası ifa ediləcək.

«Muğam Ayı» Los Anceles Beynəlxalq Münasibətlər Şurasında Azərbaycan muğam ustalarının çıxışı ilə yekunlaşacaq.
XS
SM
MD
LG